Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® Azərbaycanda 9 minədək insan “Microsoft” ilə birgə yeni rəqəmsal bacarıqlar əldə edib

®  Azərbaycanda 9 minədək insan “Microsoft” ilə birgə yeni rəqəmsal bacarıqlar əldə edib

2020-ci ilin iyun ayında “Microsoft” şirkəti “GitHub” və “LinkedIn” ilə birgə iqtisadi böhran nəticəsində iş yerlərini itirmiş insanlara və rəqəmsal texnologiyalar sahəsində işə düzəlmək üçün bacarıq əldə etmək istəyən mütəxəssislərə kömək məqsədilə rəqəmsal bacarıqların inkişafı üzrə qlobal kampaniyaya start verib.

“Microsoft” korporasiyası tərəfindən həyata keçirilən qlobal təşəbbüs çərçivəsində Azərbaycandan 9 minə yaxın insan yeni rəqəmsal bacarıqlar əldə edib.

Ötən il bütün dünyada bir çoxlarının həyatında ən mürəkkəb dövrlərdən birinə çevrildi. Qısa müddət ərzində dünya, qlobal iqtisadi böhrana səbəb olan pandemiya da daxil olmaqla bir çox problemlərlə üzləşdi. İqtisadiyyatın təhlükəsiz və müvəffəqiyyətli bərpasını təmin etmək üçün tələb olunan əsas addımlardan biri yeni iş yerləri üçün lazım olan rəqəmsal bacarıqlara çıxış imkanlarının genişləndirilməsidir. Həqiqətən də əsaslı və inklüziv bərpanı həyata keçirən açarlardan biri, iş itkisindən ən çox zərər çəkmiş insanlar üçün rəqəmsal bacarıqlara daha asan çıxışı təmin edən proqramlardır.

Bu amili nəzərə alaraq, “Microsoft” korporasiyası 2020-ci ilin sonunda bütün dünyada 25 milyon insanın rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün qlobal təşəbbüsünü başladı. “Global Skills Initiative” adını almış təşəbbüsün bir hissəsi olaraq, şirkət “LinkedIn Learning”, “Microsoft Learn” və “GitHub Learning Lab” təlim materiallarına pulsuz giriş imkanı təqdim etdi.

“Microsoft Learn” platforması bulud texnologiyasının potensialından, süni intellekt (Aİ), “Azure”, “Microsoft 365”, “Power Platform”, “Microsoft Dynamics” və sair xidmətlərdən istifadə edərək mütəxəssislərin rəqəmsal bacarıqlarının artırılması, komandaların məhsuldarlığının yaxşılaşdırılması və iş yerinin təkmilləşdirilməsi üçün pulsuz təlimlər təqdim edir. Təlim mütəxəssislərə karyera yüksəlişi üçün lazım olan təcrübə və bacarıqları əldə etməyə, yaxud dünyanın sürətli rəqəmsallaşdırılması dövründə rəqabətqabiliyyətli qalmaq üçün ixtisaslaşmadan keçməyə imkan verir. Kursu bitirdikdən sonra məzun, imtahan üçün qeydiyyatdan keçə və xüsusi məbləğlə - 15 ABŞ dollara potensial işəgötürənlər tərəfindən qiymətləndirilən beynəlxalq sertifikat əldə edə bilər.

Təşəbbüsün bir hissəsi olaraq, müxtəlif sahələrdə 16 mindən çox peşəkar kursu birləşdirən genişmiqyaslı bir “LinkedIn Learning” platforması fəaliyyət göstərir. “LinkedIn Learning” bazası arasında mütəxəssislərə iş tapmaqda köməkçi olmaq, kritik proqram bacarıqlarını öyrətmək və rəqəmsal transformasiyaya həsr olunmuş 3 xüsusi kurs da mövcuddur. “LinkedIn” iqtisadi artımının toplanmış qlobal məlumatlarının köməyi ilə əmək bazarının mövcud tələbatlarını müəyyən etmək artıq mümkündür: ən çox tələb olunan mütəxəssislər və lazımi bacarıqlar ən azı növbəti 5 il ərzində aktual olaraq qalacaq. Bu məlumatlara əsasən, təşəbbüsün bir hissəsi olaraq, müasir iqtisadiyyatda ən çox lazım olan və rəqəmsal bacarıq tələb edən, inkişaf, satış, idarəetmə, IT administrasiyası, rabitə, rəqəmsal marketinq, məlumat təhlili, maliyyə, qrafik dizayn, müştəri dəstəyinin də daxil olduğu 10 peşədən pulsuz kurslar formalaşdırılıb.

Azərbaycanda artıq 8 min 475 nəfər bu təşəbbüsə qoşulub. Kursa “opportunity.linkedin.com” saytı vasitəsilə qoşulmaq olar. Sözügedən təhsil proqramı ingilis, fransız, ispan və alman dillərində mövcuddur.

Rəqəmsal bacarıqların inkişafı üçün qlobal təşəbbüs haqqında daha ətraflı məlumat əldə etmək üçün “Microsoft” şirkətinin saytına keçid edə bilərsiniz: news.microsoft.com/skills.

Ən yaxın zamanda “Microsoft” Azərbaycanın bir neçə universitetində, ali təhsil müəssisələrinin müəllimləri üçün rəqəmsal texnologiyaların tədrisi üzrə ixtisasların artırılmasına yönəlmiş “Microsoft Learn for Educators” təşəbbüsünə başlayacaq.

Çünki məhz müəllimlər gələcəkdə uğur qazanmaqda şagirdlərin imkanlarının genişləndirilməsində mühüm rol oynayırlar. “Microsoft” pulsuz tədris proqramları, təlimlər və tədris vasitələrini təklif edərək bu yolda müəllimləri dəstəkləməyə çalışır.

Yeni bacarıqların əldə edilməsi heç vaxt indiki qədər vacib olmamışdı. Qlobal rəqəmsallaşdırma zamanı rəqəmsal bacarıqların inkişafı məşğulluq sahəsinə təsir edən əhəmiyyətli amillərdən biri olub, müxtəlif sahələrdən yerli mütəxəssislərin yenidən hazırlanması regional və dünya iqtisadiyyatının bərpası üçün ən vacib vasitədir.

“Microsoft” (“Nasdaq” “MSFT” @microsoft) “ağıllı bulud” və “ağıllı texnologiyalar” dövründə rəqəmsal transformasiya üçün hər bir şəraiti təmin edir. Şirkətin missiyası planetdəki hər bir insana və təşkilata daha çox şeyə nail olmaq imkanı verməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub