İQTİSADİYYAT


® “Azercell”dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsəti

Müasir texnologiyalar və rəqəmsal həllərin tətbiqi ilə müştərilərin gündəlik və işgüzar həyatını daha da rahat etməyi hədəfləyən “Azercell Telekom” daha bir yeniliyə imza atıb. Belə ki, şirkət dünyanın rəqəmsal xidmətlərini korporativ müştərilərinə əlçatan etmək məqsədilə kiçik və orta sahibkarlar üçün “Business Web” - veb-sayt yaratma xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə “Azercell” korporativ müştərilərinə öz bizneslərini veb-sayt kimi rəqəmsal ünsiyyət vasitəsinin köməyi ilə inkişaf etdirməkdə dəstək olacaq. 

Bulud texnologiyaları üzərindən çalışan “Business Web” xidməti çərçivəsində təklif edilən sayt idarəetmə həlli “Windows” və “Mac OSX” əməliyyat sistemlərini dəstəkləyir. Müxtəlif məzmunlu səhifələrin yaradılması üçün ayrı-ayrı tətbiqlərin mövcudluğu saytın idarə olunmasını daha sürətli və effektiv edir.

Yeni yaradılmış xidmət də daxil olmaqla, “Azercell”in korporativ abunəçiləri üçün geniş çeşiddə məhsul və həllər təklif etməsi onun etibarlı telekom tərəfdaşı kimi töhfəsini bir daha vurğulayır. Korporativ abunəçilər [email protected] “e-mail” ünvanına müraciətlərini göndərməklə “Azercell”in yaratdığı bu fürsətdən yararlana bilər.

Yeni xidmət haqqında daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/busInessweb/.

“Azercell” rəqəmsal dünyada sizin biznesinizin inkişafını dəstəkləyir. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.