İQTİSADİYYAT
® “Azercell”in “Samsung S10” kampaniyasına qoşul, 6 ay limitsiz internet paketi hədiyyə qazan
Ölkədə mobil rabitə bazarının lideri olan “Azercell Telekom” MMC hər zaman olduğu kimi innovativ həllər və müasir texnologiyalar vasitəsilə müştərilərinə xidmət göstərmək məqsədilə bu dəfə abunəçilərinin istifadəsinə yeni “Samsung S10” kampaniyasını təqdim edir. Martın 8-dən 31-nə kimi “Samsung S10” kampaniyası çərçivəsində “Azercell” dükanlarından “Samsung” telefonu əldə edən hər bir abunəçiyə 6 ay ərzində pulsuz limitsiz internet paket hədiyyə təqdim ediləcək. Kampaniyadan yararlanmaq üçün “Samsung S10”, “Samsung S10+”, “Samsung S10 lite”, “Samsung A750”, “Samsung J600” və ya “Samsung J250” telefon modellərindən birini “Azercell Eksklüziv” mağazaları və ya “Azercell” diler şəbəkələrindən əldə etmək kifayətdir.
Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini ölkədə tətbiq etməyi hədəfləyən “Azercell” bundan sonra da abunəçilərini yeni kampaniyalar ilə sevindirməyə davam edəcək.
Qarşıdan gələn bayramlarda yaxınlarınızı sevindirmək üçün “Azercell”in sərfəli kampaniyasından yararlanmaq fürsətini qaçırmayın.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət etmək mümkündür.
Azərbaycanın mobil rabitə sektorunun lideri, qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99,1 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.