İQTİSADİYYAT
® “Bakcell” və “ENGINET” uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell”in təxminən iki il bundan əvvəl istifadəyə verilmiş və uşaqlar üçün internetdən istifadənin daha təhlükəsiz olmasını təmin edən internet paketləri artıq “4G” şəbəkəsində də fəaliyyət göstərir. Bu internet paketləri və Azərbaycanın ilk FTTH provayderi olan “ENGİNET” şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və arzuolunmaz məzmundan qoruya biləcəklər.
“Uşaqların təhsili və inkişafında internetin rolu çox böyükdür. Lakin biz valideynlər uşaqlarımızın internetdən necə istifadə etmələrinə hər an nəzarət edə bilmirik. İnternet mühitində uşaqlarımızın diqqətindən uzaq saxlamaq istədiyimiz xeyli zərərli məzmun var. Buna görə də “Bakcell” və “ENGİNET” valideynlərə arzuolunmaz veb-səhifələri filtrdən keçirmək və onlara girişi məhdudlaşdırmaq imkanı verib. Bu məhsula tələbat günü-gündən artır. “Bakcell” “ENGİNET” ilə birgə virtual dünyanı uşaqlarımız üçün daha təhlükəsiz etmək üçün bu gözəl fürsəti yaradıb”, - deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.
Xatırladaq ki, “ENGİNET” şirkəti tərəfindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. “Təhlükəsiz İnternet Paketləri”ni alan “Bakcell” müştəriləri daxil olduqları veb-səhifələri filtrasiya edərək, öz uşaqlarını böyüklər üçün nəzərdə tutulmuş məzmun, qeyri-qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlar, narkotik və dərman vasitələri və digər zərərli məzmunlardan qoruya biləcəklər.
“ENGİNET” Azərbaycanda ilk şirkətdir ki, “İnternet Filtrasiya Xidməti”ni fərdi bazarda təklif edir və bizim peşəkar komandamız bu məhsulu daha da keyfiyyətli etmək üçün vaxtaşırı müvafiq yenilənmə işləri həyata keçirir. Dünyada hər gün bir milyondan artıq veb-səhifə yaradılır və bizim də “qara siyahı” sistemimiz buna uyğun olaraq gündəlik yenilənir. Bu yaxınlarda isə axtarış sistemimizə “qara açar sözləri” üzrə daha bir yenilik tətbiq ediləcək”, - deyə “ENGİNET” şirkətinin marketinq şöbəsinin rəhbəri Elmira Abasova bildirib.
Qeyd edək ki, “ENGİNET” şirkəti Təhsil Nazirliyinin köməyi ilə ölkə məktəblərində “Təhlükəsiz internet” layihəsinin icrasına başlayıb. Layihənin ilkin mərhələsində Sumqayıt şəhərinin orta məktəblərində “Təhlükəsiz internet” mövzusunda açıq dərslər təşkil edilir.
Sosial məsuliyyətli bir şirkət olan “Bakcell” uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiya olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Uşaqlar üçün təhlükəsiz internet həllinin təklif olunması da bu fəaliyyətin bir hissəsidir.
Uşaqlarınızı arzuolunmaz məzmundan müdafiə etmək üçün siz sadəcə *134#10#YES yığaraq “Bakcell” şirkətinin təklif etdiyi “Təhlükəsiz İnternet Paketləri”ni əldə etməlisiniz. 10 giqabayt təhlükəsiz internet paketinin qiyməti 10 AZN təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər.
Aktivləşdirmə prosesində arzuolunmaz məzmun sistem vasitəsilə sizin mobil internet paketinizdən avtomatik olaraq filtrasiya ediləcək.
“Təhlükəsiz internet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsində əksini tapıb.