İQTİSADİYYAT
® “BirBank” ilə ƏDV-nin qaytarılması üçün yarım milyondan çox istifadəçi 85,4 milyon çek daxil edib
2020-ci ilin mayında fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir.
Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır. Dövlət Vergi Xidmətinin statistik göstəricilərinə nəzər salsaq görərik ki, portaldan 1 milyondan çox istifadəçi qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən təxminən 89 faizi (təqribən 907 min nəfəri) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib.
İndiyədək vətəndaşlar tərəfindən 132 milyondan çox kassa çeki barədə məlumat “https://edvgerial.kapitalbank.az/” portalında qeydə alınıb. Artıq təsdiq olunmuş çeklər üzrə təqribən 47,2 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib.
Əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı “Kapital Bank” və “BirBank” mobil tətbiqi olub. İstifadənin daha rahat olması üçün “BirBank” mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradılıb. Bununla da “BirBank” mobil tətbiqinin QR xidmətindən istifadə edərək çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkün olub.
Rəqəmlərə baxsaq görərik ki, hazırda ƏDV məbləğini geri alan istehlakçıların böyük əksəriyyəti “BirBank” istifadəçiləridir. Portala daxil edilən çeklərin statistikasına baxsaq hər 4 nəfərdən 3-ü bunu “BirBank” vasitəsilə həyata keçirib (təqribən 85,4 milyon çek). 2021-ci ilin yanvar və fevral aylarında isə “BirBank” vasitəsilə sistemə daxil edilən çeklərin miqdarı 75 faiz civarında olub.
Bundan başqa, virtual “pul qabı”na yerləşdirilən vəsaiti “BirBank” mobil tətbiqi vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də “BirBank” eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində “https://edvgerial.kapitalbank.az/” portalına və ya “BirBank” mobil tətbiqinə müraciət etməlidir. Çekin 12 simvollu fiskal ID-sini elektron kabineti və ya “BirBank”ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər.