İQTİSADİYYAT
® “Carlsberg Azerbaijan” şirkətinin dəstəyi ilə “I Məsuliyyətli İstehlak & Sürücülük İntellektual Liqası”nın final yarışı keçirilib
İyunun sonunda “Məsuliyyətli ol!” kampaniyası çərçivəsində “Carlsberg Azerbaijan” şirkətinin dəstəyi ilə region gəncləri arasında geniş imkanları olan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə “I Məsuliyyətli İstehlak & Sürücülük İntellektual Liqası”nın final yarışı keçirilib. Yarış ilkin olaraq Gəncə, Şəki, Quba, Şamaxı, Sumqayıt, Masallı regionları və Bakı şəhərində baş tutmuşdur. Regionlarda qalib gələn komandalar Bakıda final oyununda qarşılaşıblar.
1-ci yer – Mindhunters (Gəncə şəhərinin komandası)
2-ci yer – Miracle (Quba rayonun komandası)
3-cü yer – Gauntlet (Bakı şəhərinin komandası)
Müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yeri tutmuş komandalar kubok, müxtəlif qiymətli hədiyyələr, sertifikatlarla mükafatlandırılıb.
Qeyd edək ki, “Carlsberg Azerbaijan” şirkəti məsuliyyətli istehlak və ayıq sürücülük istiqamətində maarifiləndirmə fəaliyətlərini 2022-ci ildə daha da genişləndirib. Ötən ilin sentyabrın 21-də “Carlsberg Azerbaijan” və “ASAN Könüllüləri” Təşkilatı arasında məsuliyyətli istehlak və ayıq sürücülük istiqamətində uzunmüddətli əməkdaşlıq ilə başlayan fəaliyyətlər bu il “Məsuliyyətli ol!” kampaniyası çərçivəsində “Məsuliyyətli istehlak və Məsuliyyətli sürücülük” devizi altında keçirilir.
Ötən ilki fəaliyyətlərdən fərqli olaraq, bu il kampaniya digər regional gənclər təşkilatlarının iştirakı ilə daha çox bölgəni əhatə edir. 2021-ci ildə Bakı, Gəncə, Sumqayıt, Bərdə və Quba regionlarında yaşayan vətəndaşlar arasında rəqəmsal mühitdə maarifləndimə işləri və həmçinin ölkədə ilbəil məlumatlılıq səviyyəsinin artımının ölçülməsi üçün sorğu fəaliyyətləri icra olunması ilə başlayan maarifləndirmə işləri, bu il Şəki, Şamaxı və Masallı regionlarının da bu prosesə qoşulması ilə daha da geniş miqyas alıb.
Eyni zamanda, “Carlsberg Group” məsuliyyətli istehlak məsələsinə böyük diqqət ayırır və dünyada ən böyük pivə istehsalçıları ilə yanaşı GBRD (Global Beer Responsibility Day - Ümumdünya məsuliyyətli pivə istehlakı günü) təşəbbüsündə yaxından iştirak edir.