İQTİSADİYYAT
® “Rabitəbank” 2018-ci ildə 11 milyon manat ipoteka krediti verib
Əhalinin və inkişaf etməkdə olan bank bazarının tələbatlarına uyğun olaraq bütün müştəri seqmentlərinə yüksək səviyyədə xidmət göstərməyi qarşısına məqsəd qoymuş "Rabitəbank" ipoteka kreditlərinin verilməsi istiqamətində də lider banklardan birinə çevrilir.
Belə ki, 2018-ci ilin ilk 8 ayı ərzində "Rabitəbank" tərəfindən 11 milyon manat həcmində ipoteka kreditləri verilib, bu məbləğin 1 milyon manatını güzəştli şərtlərlə, 10 milyon manatını isə adi şərtlərlə verilən kreditlər təşkil edib.
"Rabitəbank" banklar arasında ən sərfəli şərtlərlə ipoteka kreditləri təklif edən banklardan biridir. Bank güzəştli şərtlərlə verilən ipoteka kreditlərini cəmi 3,7 faizdən başlayan, adi şərtlərlə verilən ipoteka kreditlərini isə cəmi 7 faizdən başlayan illik faiz dərəcəsi və 15 faizdən başlayan ilkin ödəniş şərtləri ilə 30 ilədək müddətə təklif edir. Şərtlər haqqında daha ətraflı məlumat əldə etmək, ipoteka ödənişlərini kredit kalkulyatoru vasitəsilə hesablamaq və onlayn qaydada ipoteka krediti sifariş etmək üçün bankın 133 Məlumat mərkəzinə aid internet səhifəsinə keçid edə bilərsiniz: https://bit.ly/2N9vrbO
Qeyd edək ki, ipoteka kreditlərini "Rabitəbank"ın Bakı şəhərində fəaliyyət göstərən "Mərkəz" filialı, "Nərimanov" filialı, "Nizami" filialı və "Yasamal" filialı ilə yanaşı, Sumqayıt və Gəncə şəhər filiallarından əldə etmək mümkündür.