MƏDƏNİYYƏT


"4.1 Şəhər motivləri" bədii filmi Almaniyada nümayiş olunacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

"4.1 Şəhər motivləri" bədii filminin beynəlxalq premyerası noyabrın 3-dən 8-dək Almaniyada keçiriləcək.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasından AZƏRTAC-a bildiriblər ki, filmin premyerası 25-ci "Cottbus" beynəlxalq film festivalında baş tutacaq.

Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə rejissor Anar Abbasovun "Qonşu qadın", Rüfət Həsənovun "Kədərim", Timur İsmailovun "Yuxarıda və aşağıda", Cəfər Axundzadənin "Dmitrov küçəsi 86" və Vüqar İslamzadənin "Zabit şərəfi" filmləri daxildir.

Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.