İDMAN


"Arsenal" qapıçısı ilə müqaviləni yeniləyib

Bakı, 19 may, AZƏRTAC

Londonun “Arsenal" klubu qapıçısı Aaron Ramsdeyllə yeni müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. 25 yaşlı qapıçı ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadılıb.

Yeni müqaviləyə əsasən, ingilis qapıçı əvvəlkindən iki dəfə çox - həftəyə 120 min funt sterlinq alacaq.

Qeyd edək ki, Ramsdeyl cari mövsüm "Arsenal"ın heyətində 36 oyuna çıxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.