İDMAN
"Neftçi" komandası beynəlxalq turnirdə üçüncü yeri tutub
Bakı, 12 avqust, AZƏRTAC
"Neftçi" Futbol Akademiyasının U-13 komandası "Xəzər Kuboku" beynəlxalq turnirində üçüncü yeri tutaraq bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Emin Salmanovun yetirmələri Rusiyanın Həştərxan şəhərində təşkil olunan yarışda 11 xal toplasa da, top fərqinə görə "Lotos"dan (Kalmıkiya) geri qalıb.
Turnirin qalibi Aşqabad yığması (Türkmənistan), bombardiri isə "Neftçi"nin futbolçusu Vüsal Kərimov (5 qol) olub.
Qeyd edək ki, Qazaxıstan yığmasına (5:3), "Həştərxan" komandasına (1:0) və Həştərxanın "Volqar" klubuna (2:1) qalib gələn Bakı təmsilçisi Kalmıkiya "Lotos"u (1:1) və Qazaxıstan "Kurmanqazı"sı (4:4) ilə heç-heçə edib, Aşqabad yığmasına isə məğlub olub (2:3).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]