CƏMİYYƏT


"New Media Hub" platforması çərçivəsində təlimlər davam edir

Bakı, 25 may, AZƏRTAC

“Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “New Media Hub” platforması çərçivəsində təlimlər davam edir.

Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, növbəti təlim “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü, jurnalist Məhəmməd Türkmən tərəfindən keçirilib.

Təlim zamanı M.Türkmən "Jurnalistin müsahibə alma üsulları" adlı mövzu ilə bağlı öz təcrübəsini gənclərlə bölüşüb, onlara jurnalistika ilə bağlı bir sıra faydalı məsləhətlər verib.

Səmimi söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikirləri dinlənilib.

Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi ilə icra edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.