İDMAN


"Sərhədçi" İdman Olimpiya Mərkəzində güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində güləş üzrə Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov ölkəmizdə güləş üzrə daha bir respublika çempionatının keçirilməsinin idmanın bu növünün inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O, yarışda iştirak edən komandalara uğurlar arzulayıb.

Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov yarışda iştirak edən idmançılara uğurlar arzulayıb. E.Cəfərov əminliklə bildirib ki, bu yarışın qalibləri növbəti ildə bir sıra beynəlxalq turnirlərdə iştirak edərək Azərbaycan bayrağını zirvələrə qaldıracaqlar.

Qeyd edək ki, açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AGF-nin vitse-prezidenti Namiq Əliyev iştirak ediblər.

Sonra yunan-Roma güləşi üzrə həlledici mərhələnin yarışlarına start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.