İQTİSADİYYAT
"TuranBank" "Windows 10" əməliyyat sistemi və "Microsoft Office 2016" proqram təminatına keçir
Bakı, 11 sentyabr, AZƏRTAC
"TuranBank" informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi layihəsi çərçivəsində "Microsoft" korporasiyanın proqram təminatı məhsullarının yeni versiyalarına keçidə başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "TuranBank" "Microsoft" korporasiyası ilə imzaladığı sazişə müvafiq olaraq qısa müddət ərzində "Windows 10" əməliyyat sistemi və lisenziyalaşdırılmış "Microsoft Office 2016" proqram təminatına keçidi tamamlayacaq. Müasir informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə imkanı verən bu sistem və proqram təminatı biznes proseslərini optimallaşdırılmaqla işin səmərəliliyini və operativliyini artıracaq ki, bu da öz növbəsində, xidmətin keyfiyyətinin və iş məhsuldarlığının artırılmasına və müştəri məmnuniyyətinin daha da yüksəlməsinə imkan verəcək.
Bundan əlavə, əməliyyat sisteminin tətbiqi "Microsoft"un ən yeni məhsullarından istifadə etməyə imkan verərək bankın informasiya təhlükəsizliyinin gücləndirilməsinə, informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsinə şərait yaradacaq.