Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

"AZƏRBAYCANIN NEFT STRATEGİYASININ BANİSİ VƏ MEMARI HEYDƏR ƏLİYEV, ONUN LAYİQLİ DAVAMÇISI İSƏ İLHAM ƏLİYEVDİR". ARDNŞ VƏ YAP NÜMAYƏNDƏLƏRİNİN ÖLKƏNİN BÖLGƏLƏRİNDƏ KEÇİRDİKLƏRİ SƏYYAR GÖRÜŞ-SEMİNARLARIN LEYTMOTİVİNİ BU FİKİR TƏŞKİL EDİR

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyinin və YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə respublikanı tam əhatə edən 9 iqtisadi bölgədə səyyar görüş-seminarlar keçirilməsi qərara alınmışdır. İndiyədək bu təşəbbüs Gəncəbasar bölgəsində - Gəncə şəhərində, Şəmkir və Qazax rayonlarında reallaşdırılmışdır. Görüşlərdə Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov, bu yaxınlaradək ARDNŞ birinci vitse-prezidentinin müşaviri işləmiş professor Eldar Şahbazov, şirkətin baş energetiki, YAP yerli təşkilatının sədri Məhəmmədəli Məmmədzadə, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev iştirak edirlər. Nümayəndə heyəti bu günlərdə dost və qonşu Gürcüstanın Marneuli rayonunda da olmuş, soydaşlarımızla görüşmüşlər.

Məhəmmədəli Məmmədzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: Görüş-seminarları keçirməkdə başlıca məqsədimiz banisi və memarı Prezident Heydər Əliyev olan neft strategiyasının mahiyyətini geniş əhali kütləsinə izah etməkdir. İkincisi, bu strategiyanın əsas icraçılarından biri, Prezidentimizin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin neft sənayesi sahəsindəki fəaliyyətindən söz açmaqdır. Cənab İlham Əliyev Baş nazir təyin olunana qədər onun siyasi və ictimai fəaliyyətindən kifayət qədər danışılıb, ancaq neft sənayesi sahəsində gördüyü nəhəng işlərdən çoxlarının dolğun məlumatı yoxdur. Keçirdiyimiz görüş-seminarların hamısında yalnız konkret faktlara əsaslanmış, real mövqedən çıxış etmişik. İstinad etdiyimiz faktlar, o cümlədən statistika rəqəmləri dağıdıcı müxalifət liderlərinin, onların himayəsində olan mətbuat vasitələrinin şər və qarayaxma kampaniyasına layiqli cavabımızdır.

İlk növbədə, görüş iştirakçılarına İlham Əliyevin belə bir fikrini çatdırırdıq ki, müasir dünyada neft məqsəd yox, qlobal siyasi, strateji və iqtisadi problemləri həll etmək üçün vasitədir. Onun “Azərbaycanın Xəzər nefti” kitabından götürülmüş bu fikir də maraqla qarşılanır: “Biz Prezidentimiz Heydər Əliyevin müasir neft strategiyasını həyata keçirməklə, yəni, Azərbaycan neftini dünya bazarına çıxarmaqla iqtisadiyyatımızın inkişafını, respublikamızın dünyanın ən aparıcı və qüdrətli ölkələri arasına çıxmasını təmin etmiş olarıq”.

Bütün görüşlərimizi “Azərbaycan nefti XXI əsrdə” devizi altında keçiririk. Bölgələrə səfərimiz zamanı yəqin etmişik ki, əhalinin neft strategiyasına marağı çox böyükdür. Təəssüf ki, dinləyicilərimizin məlumatsızlığının da şahidi olduq. Yeri gəlmişkən, bu boşluğun doldurulmasında jurnalistlərimizin də üzərinə böyük vəzifə düşür. Başlıca sual neft strategiyasının tərkib hissəsi barədə idi. Bu suala cavab verməzdən əvvəl xüsusi vurğulayırdıq ki, banisi və memarı möhtərəm Prezidentimiz Heydər Əliyev olan Azərbaycanın neft strategiyası onun beynəlxalq aləmdə etibarlı və sistemli davamçısı İlham Əliyev tərəfindən elmi surətdə əsaslandırılmışdır. Sonra isə tərkib hissələr sadalanırdı: Azərbaycanın milli maraqlarını əsas tutaraq dünyada ən iri və məşhur transmilli neft şirkətləri ilə beynəlxalq neft müqavilələrinin imzalanması; neft və qaz yataqlarının geoloji və geofiziki qiymətləndirilməsindən tutmuş nəhəng terminalların tikintisinədək qısa bir müddətdə regionda neft və qaz infrastrukturunun yaradılması; Xəzər hövzəsindən Qara dənizə və Aralıq dənizinə neft və qazın ixracını təmin edən boru kəmərlərinin layihələndirilməsi, tikintisi və bununla əlaqədar coğrafi-strateji, siyasi və iqtisadi problemlərin həlli.

Natiqlərimizin çıxışlarında, suallara cavablarında dinləyicilərin diqqətinə xüsusi olaraq çatdırılırdı ki, bağlanmış müqavilələr üzrə qarşıdakı iki il müddətində Azərbaycana 15 milyard ABŞ dolları məbləğində sərmayə qoyulması nəzərdə tutulur. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyəti ondan ibarətdir ki, bu qurğu ilk dəfə olaraq Xəzər və Aralıq dənizləri arasında iqtisadi körpü salır və dünya miqyasında neftin satış mexanizminə təsiretmə imkanı yaradır. Görülmüş işlərdən əldə edilən gəlir respublikamızın Neft Fonduna köçürülür. Bu vəsaitin haraya xərclənməsi isə əhaliyə yaxşı məlumdur. Salınan qaçqın şəhərcikləri barədə ölkəmizin hər bir sakininin məlumatı vardır. Bundan əlavə, Fondun rəhbərliyi ildə dörd dəfə hesabat verir.

Görüşlərimiz zamanı rayonlarda İlham Əliyevin siyasi lider kimi qəbul edilməsinin, onun Baş nazir təyin edilməsinin alqışlandığının şahidi olurduq. Məruzəçilərimiz əhalinin bu qənaətini daha da möhkəmləndirmək üçün beynəlxalq aləmdə söz sahibi olan siyasətçilərin və ictimai xadimlərin fikirlərinə istinad edirdilər. Məsələn, görüşlərdən birində Vaşinqtondakı Con Hopkins Universitetinin məşhur alimi Fred Starın bu sözləri səsləndi: “Azərbaycan Mərkəzi Asiya və Qafqazda böyük potensiala malik bir ölkədir. Bu ölkədə mədəniyyət, dövlətçilik və ictimai münasibətlər demokratik prinsiplərlə uzlaşır. Bu gənc dövlətin özünəməxsus çətinlikləri var. Həmin çətinlikləri aradan qaldırmaq üçün məhz İlham Əliyev kimi gənc liderlər dövlətin inkişafı üçün çox lazımdır”.

Görüş-seminarlar davam edir. Növbəti səfər Naxçıvan Muxtar Respublikasınadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Zelenski: ABŞ Ukraynanın NATO sammitinə dəvət edilməsinin tərəfdarı deyil

Dizayner Toğrul Babayev: Dizayn sahəsi perspektivli gənclərimiz üçün gələcəyə açılan qapıdır

Azərbaycan güləşçiləri “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 3 medal qazanıblar

İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb

“Demirören Holdinq”in rəhbəri: Qarabağın bərpasına investisiya qoyuruq

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb

"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid test imtahanı keçirilib

Serbiyada təhlükəsizlik tədbirləri gücləndirilib

Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb VİDEO

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA