İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub
Roma, 30 iyun, AZƏRTAC
İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, aramsız leysan yağışları Valle d'Aosta və Piedmont bölgələrdə daşqınlara səbəb olub. Kiçik çayların məcrasından çıxması nəticəsində bəzi evləri su basıb, yollar və küçələr su altında qalıb. Valle D'Aostadakı dövlət əhəmiyyətli avtomobil yolu Dora Baltea çayının daşması səbəbindən nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb. Bəzi körpülər yararsız vəziyyətə düşüb. Bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Torpaq sürüşməsi nəticəsində dağlıq ərazilərdəki kəndlərlə əlaqə kəsilib.
Mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Regiona dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]