CƏMİYYƏT
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb
![Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonunda ağacların kəsilməsi faktını araşdırıb](/files/2024/2/1200x630/1719752332955033549_1200x630.jpg)
Bakı, 30 iyun, AZƏRTAC
Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib.
O bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, - deyə Qafar Ağayev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:38]
Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib
- 02.07.2024 [15:36]
Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir
- 02.07.2024 [15:27]
FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib
- 02.07.2024 [14:28]