Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində iştirak edəcək
Pekin, 30 iyun, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısında iştirak üçün iyulun 2-də Qazaxıstana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi ölkə liderinin ŞƏT-in zirvə toplantısından sonra Tacikistana rəsmi səfər edəcəyini açıqlayıb. Si Cinpinin Qazaxıstan və Tacikistana səfəri iyulun 6-dək davam edəcək.
Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı iyulun 3-4-də Astanada keçiriləcək. Tədbirə təşkilata üzv, müşahidəçisi və dialoq üzrə tərəfdaş ölkələrin liderləri, habelə BMT-nin Baş katibi Antonio Quterreş, digər beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edəcək.
Qeyd edək ki, 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan, Hindistan və İran qoşulub. Bundan başqa, ŞƏT ailəsində müşahidəçi və Azərbaycan da daxil olmaqla dialoq üzrə tərəfdaş statusunda bir neçə ölkə birləşib.
Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzvü olan ölkələr Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin edir.
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]