"AZERCELL" YENİ GÜZƏŞTLƏR TƏTBİQ EDİR
"Azercell Telekom" MMC-dən AZƏRTAC-a bildirmişlər ki, "SimSim" abonentləri üçün iki növ güzəşt paketinin tətbiqinə başlanılmışdır.
İlk güzəşt "Bizdən Bizə" tarif paketinin istifadəçiləri üçün nəzərdə tutulmuşdur. İndiyədək "Bizdən Bizə" abonentləri pik saatlarında (08.00-00.00) istənilən "Azercell" nömrəsinə zəng edərkən 3 saniyə əvəzinə 2 kontur ödəyirdilərsə, bundan sonra 2 saniyə üçün 1 kontur ödəyəcəklər. Abonent 1 dəqiqə danışıq üçün əvvəlki kimi 40 kontur yox, 30 kontur itirəcəkdir.
Xatırladaq ki, "Bizdən Bizə" tarif paketinə qoşulmaq istəyən "SimSim" abonentləri "Bizden Bize" sözünü yazıb 7575 qısa nömrəsinə mesaj göndərməlidirlər.
İkinci güzəşt isə "Azercell" fakturasız xətt abonentlərini əhatə edir. Bundan sonra bütün "SimSim", "Bizdən Bizə" "GəncSim" abonentləri seçdikləri "Dost-tanış" nömrələrinə etdikləri zəngin 2 saniyəsinə görə 1 kontur deyil, 3 saniyəsinə görə 1 kontur ödəyəcəklər. Bu endirimin tətbiqi sayəsində əvvəllər 1 dəqiqəlik danışığa görə 30 kontur ödəyən abonentlərdən indi cəmi 20 kontur silinəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]