CƏMİYYƏT
“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib
![“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib](/files/2024/2/1200x630/1719234452176857309_1200x630.jpg)
Bakı, 24 iyun, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu aidiyyəti qurumla birgə bu il iyunun 20-dən iyunun 24-dək əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədilə “Azərfon” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildiriş (DK İşçi Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) göndərib.
Bu barədə AZƏRTAC-a komissiyanın işçi qrupundan məlumat verilib.
Qeyd edilib ki, SMS-lər mərhələli qaydada 3 gün ərzində təqribən 2 milyon 200 minə yaxın abunəçiyə ünvanlanıb.