CƏMİYYƏT
Paytaxtın Bakıxanov qəsəbəsində yanğın təhlükəsi olan hamam və kafenin fəaliyyəti dayandırılıb
![](/files/galleryphoto/2024/2/1200x630/17195650165188448288_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195650161675652474_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719565016247215567_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195650164450252313_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/171956501647655456_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719565016182556187_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195650161943212732_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195650164082423831_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719565016513899172_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195650164173219846_1200x630.jpg)
Bakı, 28 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlərin davamı olaraq Xidmət tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 1 ünvanında yerləşən Quliyev Abbasqulu Mürsəl oğluna məxsus hamam və kafedə aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu nasaz vəziyyətdədir, obyektin kafe kimi fəaliyyət göstərən sahəsində elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib.
Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəyə səbəb ola bilər.
Həmin halları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş paytaxtın Bakıxanov qəsəbəsində Abbasqulu Quliyevə məxsus hamam və kafenin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.