Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılacaq
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılacaq və vergidən yayınmanın qarşısı alınacaq.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin iyunun 28-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Saziş 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [17:30]
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]