Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

Bakı, 28 iyun, Elmir Səftərov, AZƏRTAC

İyunun 26-da dünya hərb tarixinə yazılan, 2020-ci il sentyabrın 27-dən başlayan “Dəmir yumruq” əməliyyatı – 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək məğlubiyyətə uğradan, Xankəndini, Xocalını, Əsgəranı, Ağdərəni və bütün Qarabağı erməni separatizmindən təmizləyən, Qafqazda ən müasir ordu hesab olunan Qalib Azərbaycan Ordusunun yaranmasının 106-cı ildönümüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbə dünya və regional siyasətdə dövlətimizin gücünü və nüfuzunu daha da artırdı. Bu Qələbə Azərbaycan Ordusunun gücü, rəşadəti, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən xalq birliyinin təzahürüdür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsi tariximizdə yeni-yeni qəhrəmanlıq səhifələri açdı. Bu müharibə dövründə bütün dünya dövlətləri, Türk dünyası, hər kəs rəhbəri olduğu dövlətin bayrağını zirvələrə ucaldan, tarixin nadir yetişdirdiyi şəxsiyyətlərdən biri olan Prezident İlham Əliyev kimi əsl vətənpərvər, Vətəninə və xalqına ürəkdən bağlı dahi şəxsiyyətin inamına, əzminə və qətiyyətinə bir daha şahid oldu. Ölkəmiz dünyanın ən güclü və modern ordularından biri hesab olunan, Ali Baş Komandan İlham Əliyev kimi müdrik lider və qalib sərkərdənin rəhbərlik etdiyi, şanlı tarixi yol keçən Azərbaycan Silahlı Qüvvələrinin quruluşunun 106-cı ilini şərəflə qeyd etdi.

Bu sözlər Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyevin “Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində bildirilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Cümhuriyyəti hökumətinin prioritet vəzifələrindən biri ölkənin təhlükəsizliyinin təminatçısı olan ordu yaratmaq və onu formalaşdırmaqdan ibarət idi. Çünki müstəqil ordusu olmayan dövlətin əhalisi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan Hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabrın 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilk mütəşəkkil hərbi hissəsinin - əlahiddə korpusun yaranması haqqında qərar verdi. Bu qərarla da Şərqin müsəlman aləmində ilk demokratik hökumətinin öz ordusunu yaratmağına hüquqi baza yarandı. Sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman imzalandı. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə çar Rusiyası dövründə “Vəhşi diviziya” (“Дикая дивизия”) adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən təşkil edilən və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar. Hökumət Gəncəyə gəldiyi dövrdə 600 nəfərdən ibarət olan könüllü birliyi mövcud idi. Ordu quruculuğu sahəsində aparılan işlər nəticəsində 23 ayda 30 min əsgərdən ibarət nizami ordu quruldu. Ordunun qurulduğu ilk vaxtlarda silah və hərbi sursat çatışmazlığı mövcud idi. Şəmkir ərazisində yerli və ətraf ərazilərdə yaşayan əhalini narahat edən və aralarında ermənilərin də olduğu çar ordusuna aid hərbi qərargah yerləşirdi. Azərbaycan birlikləri Süleyman bəy Əfəndiyevin komandanlığında Qafqaz cəbhəsindən qayıdan çar ordusunun özbaşınalığının qarşısını almaq məqsədilə Şəmkirdə çar qarnizonuna hücum edərək məğlub etmiş, onların silah və sursat anbarlarını ələ keçirmişdi.

Azərbaycan Hökuməti ilə Osmanlı dövləti arasında 1918-ci il iyunun 4-də imzalan müqaviləyə əsasən Azərbaycana Qafqaz İslam Ordusu adı altında hərbi qüvvə göndərildi. Bu ordunun məramları arasında Azərbaycan Ordusunun yaranmasına kömək etmək məsələsi də yer alırdı. Bu məqsədlə Azərbaycan Hökuməti və Qafqaz İslam Ordusu zabitlərinin təşəbbüsü ilə 1918-ci ildə Bakı işğalda olduğu vaxtlarda Gəncədə Azərbaycan Ordusuna zabit yetişdirmək üçün 250 nəfərin təhsil aldığı Zabit-vəkili adlı hərbi məktəb açılmışdı. Məktəbə rəhbərlik Qafqaz İslam ordusu zabiti Atıf bəyə həvalə edilmişdi. Qafqaz İslam Ordusu və Azərbaycan ordu bölmələrinin başladığı uğurlu hücum əməliyyatları ilə Azərbaycanın bir çox ərazisi, o cümlədən Bakı şəhəri düşmən qüvvələrdən azad edildi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan ordu bölmələrinin Bakıya daxil olub asayişi təmin etməsindən sonra, Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu və hökumət Gəncədən Bakıya köçdü.

1919-cu il fevralın 28-də saat 13:20-də keçirilən iclasda Hərbi Nazirlik və onun strukturu, maaş büdcəsi müzakirə edilmişdi. Layihəni parlamentdəki Hərbi Komissiyanın üzvü Qarabəy Qarabəyov təqdim etmiş, daha sonra hərbi nazir Səməd bəy Mehmandarov çıxış edərək ordu quruculuğu sahəsində görülən işlər haqqında məruzə etmişdi. Azərbaycan Ordusunun hərbi geyimləri üçün istifadə edilən parçalar Şuşadakı fabrikdə emal olunurdu. Azərbaycan Ordusunun ilk rəsmi zəfəri Muğan və Lənkəranı azad etməsi idi. 1919-cu ilin sentyabrında çar polkovniki Alekseyevin 500 süvari dəstəsi və altı batareyasına qarşı Azərbaycan Ordusunun başlatdığı hərbi əməliyyata general Həbib bəy Səlimov rəhbərlik etmişdi. 1919-cu il sentyabrın 19-da Mehmandarov və Həmid Qaydabaşı tərəfindən imzalanan 420 saylı əmrnamə əsasında həyata keçirilən hərbi plan zəfərlə nəticələnmiş, Muğan və Lənkəran azad edilmişdi. Zəngəzur və Əsgəran keçidi erməni Dro rəhbərliyindəki erməni birliklərinin hücumlarına məruz qalmışdı. Azərbaycan Hərbi Nazirliyi tərəfindən Əsgəran-Zəngəzur bölgəsinə 1919-cu ildə Cavad paşa Şıxlı komandanlığında ordu qüvvələri göndərilmiş, aprelin 3-də Azərbaycan Ordusunun başladığı hücumla 12-13 gün ərzində ərazilər ermənilərdən azad edilmiş, eyni zamanda, Şuşa və Xankəndi də bu hərəkatla mənfur qüvvələrdən təmizlənmişdi. Bu qələbənin ardından Azərbaycan Ordusu Bakıda 1920-ci il martın 22-də hərbi parad keçirmişdi.

1920-ci il aprelin 27-si saat 00:05 radələrində 70 minlik XI Qırmızı Ordu, öndə “III İnternasional”, daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samur çayı üzərindəki körpünü keçib, böyük qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da bolşevik süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirdi. Zirehli qatar Yalamaya üz tutur. Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi ilə bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında təslim olmağı qəbul etməyib bolşeviklərlə döyüşə başlayıb. Zirehli qatarlardan fuqas mərmilərlə azərbaycanlı topçuların mövqeləri, pulemyot dzotları dağıdılır. Qatarların şrapnel mərmilər və pulemyot atəşi ilə dəstək verdiyi rus desantı hücuma keçir. Yalama qarnizonu bu hücuma iki saat davam gətirir. 300 döyüşçü son nəfəsinədək stansiyanı qoruyur. Sağ qalanlar partizan dəstələrinə qoşulmaq üçün geri çəkilir. Bolşeviklər döyüşdə ciddi itki verir. XI Qırmızı Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də bu döyüşdə ölür. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal ediləndən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilir.

Bolşevik işğalını və yeni qurulan Şura hökumətini qəbul etməyən antisovet üsyanlarının təşəbbüskarları Gəncədəki milli ordu qüvvələri oldu. Onlar sovet hakimiyyətinin ilk ayında Qızıl Ordu hissələrinə qarşı silahlı çıxışlara başladılar. 1800 nəfərlik Gəncə qarnizonu mayın 28-dən 29-na keçən gecə üsyan qaldırdı. Üsyan bolşevik ordusuna minlərcə itki verdirdi. Üsyançıların arasında görkəmli ictimai-siyasi xadimlər var idi: general-mayor Məhəmməd Mirzə Qacar, general-mayor Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov qətlə yetirildi. Həbs edilmiş məşhur generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov daha sonra Nəriman Nərimanovun təkidi sayəsində azad edilsələr də, ümumilikdə onlara qarşı çıxan üsyançılar tutulub, XI Ordu qərargahına gətirilərək sorğu-sualsız güllələndilər. Azərbaycan Ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi. Gəncə üsyanından sonra və baş verən qətliamların fonunda Milli Ordunun Bərdədə yerləşən hissəsində əsgər və üsyançıların bəziləri gizlincə silahı atıb evlərinə və xaricə getsələr də, 4 nəfər zabit və 28 nəfər əsgər son qanlarına qədər döyüşməyə and içirlər. Gəncə üsyanını amansızlıqla yatırmış bolşevik ordusu artıq əsas qüvvəsini Qarabağ cəbhəsinə yönəltmişdi. İyunun 9-da Levandovski irimiqyaslı əməliyyata başlamaq haqqında əmr imzaladı. Şteygerin 32-ci diviziyasına, zirehli avtomobil dəstəsinə, müsəlman-fəhlə dəstəsinə, Velikanovun 20-ci diviziyasının 1-ci briqadasına, Vodopyanovun 2-ci süvari korpusuna, Lunkeviçin aviasiya dəstəsinə Yevlaxdan və Bərdədən hücuma keçib, Tərtər-Lənbəran xəttini tutmaq tapşırıldı. Krivonosun 94-cü atıcı briqadası Gəncə-Şamxor yolunu kəsdi. Goran stansiyasına nəzarət gücləndirildi. Gorus tərəfdə isə Dronun və Njdenin daşnak dəstələri dayanmışdı. Beləliklə, üsyançıları Ağdamdan və Şuşadan çıxarmaq, Araza doğru sıxışdırıb məhv etmək planlaşdırılırdı.

İyunun 10-da səhər saat 6-da əməliyyat başlandı. Həlledici rolu güclü sovet artilleriyası və xüsusilə Lunkeviçin aviasiya dəstəsinin bombardmanları oynadı. Azərbaycanlıların Şəki və Tatar alaylarının, kapitan Abdulla bəy Yansupovun dağ batareyasının qalıqları Ağdama tərəf çəkildi. Döyüşlərin 3-cü günü, iyunun 12-si axşam bolşeviklər Ağdama girdilər. Şəhərin sağ qalmış müdafiəçiləri İranla sərhəd Cəbrayıl qəzasına sıxışdırıldılar. Milli Ordu hissələrinin müqavimət gücünü itirdiyini bilirdi. Buna baxmayaraq, ciddi müqavimətlə qarşılaşan bolşevik qoşunlarının Şuşaya çatması üçün daha 3 gün lazım oldu. XI Ordu hissələri iyunun 14-də Xankəndini tutdu, 15-də Şuşaya girdi. Qarabağda repressiyaların 2-ci, daha ağır dalğası, kütləvi həbslər, qətllər başladı. 1920-ci il iyunun 15-16-da Bərdədə, Şuşada, Ağdamda, Qaryagində (Füzuli) iki həftədən çox davam edən döyüşlərdə Qarabağ dəstəsi şəxsi heyətinin 80 faizə qədərini itirdi. Sağ qalanlar son dəfə Arazın sahilində toplaşdılar. Burada Vətən bitirdi. “32-lərin dastanı” da sona yetirdi. Onlar silahlarını götürüb Arazı keçdilər, İrandan Türkiyəyə üz tutdular və orada Mustafa Kamal paşanın ordusuna qoşularaq Türkiyənin istiqlal savaşında iştirak etdilər.

Hələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanda milli ordu quruculuğu prosesi, onun formalaşması Ulu Öndər Heydər Əliyevin adı və zəngin fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrların hazırlığı məsələlərini daim önə çəkib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında ixtisaslaşdırılmış internat məktəbi yaradılıb, məktəbə diviziya komandiri, general C.Naxçıvanskinin adı verilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. 1992-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatdı. 1997-ci il noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil müəssisəsi C.Naxçıvanski adına Hərbi Lisey adlandırıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordunun yaranmasında, Vətənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə oldular. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunub, 8 nəfəri isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülüblər.

Azərbaycanda vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyə və dövlətçiliyə qarşı yarana biləcək hər hansı təhlükənin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə təkrar hakimiyyətə qayıdışından sonra mümkün oldu. Başlanğıcını 1993-cü il noyabrın 2-də Ulu Öndərin xalqa müraciətindən götürən və hərb tariximizə Heydər Əliyevin müasir ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və vahid komandanlığa tabe olan hərbi birləşmələr, nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, hətta Horadiz əməliyyatı ilə çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdi. Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan edildi. Hər il xalqımız bu günü böyük təntənə ilə qeyd edir. Ulu Öndər bu fərmanı imzalamaqla tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər bu barədə deyirdi: “Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin – ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik”. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı böyük işlər dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

Azərbaycan Ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci ildə baş tutub. Həmin ilin fevral ayında İsrailin “Israeli Aerospace Industries” (İAİ) adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə bağlayıb. İsraildən düşmən hədəflərinə dəqiq raket zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri “Heron”ların, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən HHM sistemlərinin alınması Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiəsini təmin etdi. 2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 milyard ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və sair, hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb. Ordu “İldırım” və modernləşdirilmiş S-125, “РМ 70/85”, “Qasırğa”, “Ekstra”, “Polonez”, “LORA” və s. kimi zenit-raket sistemləri, S-31 “Vena”, “DANA”, “TOC-1A Solntsepyok”, “MSTA-S”, 2A 36 “Geasint” və s. kimi artilleriya və minaatan sistemləri, “SPAYK” və “XRİZANTEMA-S” kimi tankəleyhinə idarəolunan raket kompleksləri, Т-90S tankları, BMP-3, ZTR 82 А və s. kimi zirehli-döyüş texnikaları, “Super Muşşak”, L-39 təlim-döyüş təyyarələri, “BELL-412”, “MD-530” və “Mİ-35” helikopterləri, “АEROSTAR”, “HERON”, “ORBİTER”, yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə pilotsuz uçuş aparatları (PUA), eləcə də açıqlanması məqsədəuyğun olmayan digər hərbi döyüş vasitələri ilə təmin olunub. Ən əsası isə bütün bu texnika və silahlardan peşəkarlıqla, bacarıqla, inamla, effektiv istifadəyə qadir olan Azərbaycan hərbçiləri də hazırlanıb. Bütün bunları gördükdən, bildikdən sonra əminliklə deyə bilərik ki, müasir silahlarla, texnoloji avadanlıqlarla təchiz edilən ordumuz qısa müddətdə döyüş vəziyyətinə gətirilməklə, günün istənilən saatında və istənilən iqlim şəraitində döyüş tapşırıqlarını maksimal səmərəli icra etmək gücünə və imkanına malikdir. Bunu 2016-cı ildəki Aprel döyüşləri də sübut etdi. Dördgünlük müharibə erməni mif və utopiyalarını alt-üst etdi. Erməni ordusu Qafqazın ən böyük ordusu qarşısında aciz qaldı.

Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq hərbi təlimlərdə iştirak etməsi nizami ordumuzun NATO standartları səviyyəsində hazırlıqlı olduğunun göstəricisidir. Azərbaycan zabitlərinin beynəlxalq standartlara cavab verən xidmətlərinin beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu baxımdan, inamla demək olar ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə daha da güclənməsi ölkəmizdə orduya göstərilən diqqət və qayğının nəticəsidir. Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə də mühüm layihələr icra olunur. Azərbaycan Ordusunun şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Əlverişsiz, köhnə hərbi hissələr daha müasir dünya standartlarına cavab verən yeni hərbi şəhərciklərlə əvəz olunur. Bəzi hərbi hissələrdə təmir-bərpa işləri aparılır. Bu da şəxsi heyətin döyüş, mənəvi-psixoloji və digər hazırlıqlarının artırılmasına güclü təkan verir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgələrinə səfərləri zabit və əsgərlərimizin döyüş əzmini artırmaqla xalq-ordu birliyini daha da möhkəmləndirir.

Azərbaycan Ordusunun 2016-cı ilin aprelin əvvəllərində Qarabağda Lələtəpə yüksəkliyi və ötən ilin mayında Naxçıvanda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarında düşmən işğalında olan ərazilərimizin bir hissəsi, bəzi strateji əhəmiyyətli yüksəkliklər azad edildi. 2018-ci ildə Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar Azadlıq meydanında keçirilən hərbi parad da ölkəmizin müdafiə qabiliyyətinin göstəricisi və dövlətimizin hərbi gücünün təsdiqi kimi tarixə düşdü. Azərbaycanda ordu dövlət üçün prioritetdir, ordu quruculuğuna fasiləsiz, dönməz diqqət var. Hərbi qulluqçuların vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bu diqqətin təzahürüdür. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, ən yüksək texnikalarla və qurğularla təchizat, ümumən hərtərəfli diqqət və qayğı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə və Azərbaycan Ordusunun 44 günlük 2-ci Qarabağ müharibəsində tarixi Zəfər qazanmasına səbəb oldu. Şuşanın azad edilməsi üçün Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat dünya hərb tarixinə yazıldı. Hər tərəfi sıldırım dağlarla əhatə olunan Şuşa əlləri və dırnaqları ilə yüksəkliyi aşıb şəhərə girən əlbəyaxa döyüş də daxil olmaqla misli görünməmiş qəhrəmanlıqlar nümayiş etdirən Azərbaycan əsgərlərinin gücü və vətənpərvərliyi hesabına azad olundu. Azərbaycan Ordusunun ötən il keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və bütün Qarabağ erməni separatizmindən təmizləndi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir