İDMAN
"Bakı-2015" birinci Avropa Oyunlarında boks yarışlarına start verilib [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/1434445074214688628_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450744377524766_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450742548760348_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450741116556221_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450744529250169_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450743793215888_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434445074505150602_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450746455837413_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143444507432689252_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450743995044198_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450743786160066_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450745903741872_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450741060920144_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450744002339_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434445074523529288_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434445074343697281_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450745513864265_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450744660461246_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344450741342448808_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344480622357520725_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143444806390174933_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344480634027210848_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344480631481461044_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344480634940359362_1200x630.jpg)
"Baku Crystal Hall"da birinci Avropa Oyunlarının boks yarışının ilk gününün görüşlərinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün nəticələrinə əsasən 52, 56, 60, 64, 75 91 kiloqram çəki dərəcələrində Böyük Britaniya, Macarıstan, İrlandiya, Türkiyə, Gürcüstan, Almaniya, Rusiya, Ukrayna, Rumıniya, İtaliya, İrlandiya və İsveç boksçuları onaltıdabir final mərhələsinə vəsiqə qazanıblar.
19:42
Boks yarışlarının ilk gününün ikinci yarısında otuz ikidəbir final mərhələsi çərçivəsində 56, 64, 75 və 91 kiloqram çəki dərəcələrində ümumilikdə 9 görüş keçiriləcək.
“Baku Cristal Hall”da rinqə Rumıniya, İspaniya, Ukrayna, İtaliya, İrlandiya, Rusiya, Macarıstan, Türkiyə, Serbiya, Danimarka, Çexiya, Estoniya, İsveç və Avstriya boksçuları çıxacaqlar.
15:10
Günün birinci yarısının nəticələrinə əsasən, 52 kiloqram çəki dərəcəsində Böyük Britaniya, Macarıstan, İrlandiya, 60 kiloqramda Türkiyə və Gürcüstan, 91 kiloqramda isə Almaniya, Macarıstan, Rusiya və İrlandiya boksçuları onaltıdabir final mərhələsinə vəsiqə qazanıblar.
14:37
“Bakı-2015” birinci Avropa Oyunlarında boks yarışları davam edir.
Otuzikidəbir final mərhələsində 91 kiloqram çəki dərəcəsində Adam Hamori (Macarıstan) - Erik Tlkanec (Slovakiya), Albon Pervizaj (Almaniya) - Viktor İalimov (Moldova), Sadam Maqomedov (Rusiya) - Tadas Tamasauskas (Litva), Lonut Jitaru (Rumıniya) - Darren Onil (İrlandiya) görüşləri keçiriləcək.
13:49
“Baku Cristal Hall”da start götürən “Bakı-2015” birinci Avropa Oyunlarının boks yarışlarında 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançıların mübarizəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, bu çəki dərəcəsində otuzikidəbir final mərhələsində latviyalı Artyoms Ramlavs gürcüstanlı Otar Eronasyan, Almaniya idmançısı Atdhe Gaşi Türkiyə təmsilçisi Yasin Yılmaz ilə qarşılaşacaq.
13:12
Bakı, 16 iyun, S.Allahverdiyeva, A.Yadigarov, AZƏRTAC
İyunun 16-da "Baku Cristal Hall"da "Bakı-2015" birinci Avropa Oyunlarının boks yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq rinqə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçular çıxıblar. Bu çəki dərəcəsində İrlandiya, Belarus, Macarıstan, Polşa, Böyük Britaniya və Moldova təmsilçiləri çıxış edirlər.
Günün birinci yarısında 52, 60, 90 kiloqram, günün ikinci yarısında isə 56, 64, 75 və 91 kiloqram çəki dərəcələrində görüşlər keçiriləcək.
Qeyd edək ki, bu gün Azərbaycan idmançıları rinqə çıxmayacaqlar.