İQTİSADİYYAT
"Baku ID 2024" nəzdində ilin birinci "Demo Day" tədbiri təşkil olunub
![](/files/galleryphoto/2024/1/1200x630/17055162424663714117_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055162425337218139_1200x630.jpg)
Bakı, 17 yanvar, AZƏRTAC
"Baku ID 2024" (Bakı İnvestisiya Günü 2024) nəzdində SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən "Demo Day" tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir yerli startapların investorlarla əlaqələrini gücləndirmək və onları böyük çıxışa - "Baku ID" səhnəsinə hazırlamaq məqsədi daşıyır. İlk tədbirdə 9 yerli startap öz ideyaları ilə investor qarşısına çıxıb: "Hepard", "Eventeam", "Tredu", "Wallegram", "Supply Builds", "Adlet", "Uvodo" və "Push30".
Jüri qismində 1 yerli, 3 əcnəbi, ümumilikdə 4 vençür kapital şirkətindən dəvət olunmuş investor qrupu - “Startup Wise Guys”dan Günce Önür, “Preste Ventures”dən Tichomir Jenkit, “Caucasus Ventures”dən Məmməd Kərim, “212.VC”dən isə Özgü Sevim iştirak edib. Startaplar dinlənildikdən sonra investorlara maraqlı gələn məqamlar sual-cavab sessiyasında cavablandırılıb.
Qeyd edək ki, "Baku ID"yədək növbəti aylarda silsilə "Demo Day" tədbirinin yenidən keçirilməsi nəzərdə tutulur.