İDMAN
Avro-2024: İngiltərə millisi əlavə vaxtda qalib gələrək 1/4 finala yüksəlib
![](/files/galleryphoto/2024/2/1200x630/17197731004002464283_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17197731004164726057_1200x630.jpg)
Bakı, 30 iyun, AZƏRTAC
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, İngiltərə və Slovakiya yığmaları üz-üzə gəlib. Gelzenkirxen şəhərində yerləşən "Feltins Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə bitdiyi üçün əlavə vaxt oynanılıb.
Əlavə 30 dəqiqədə daha bir top vuran ingilislər adını 1/4 final mərhələsinə yazdırıblar.
Günün ikinci matçında İspaniya Gürcüstanı sınağa çəkəcək. Kölnün “Reyn Enerqi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:57]
“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]