İQTİSADİYYAT
Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib
![Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib](/files/2024/2/1200x630/17199207944674148428_1200x630.jpg)
Bakı, 2 iyul, AZƏRTAC
Tver şəhərində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Made in Azerbaijan” Rusiya regionlarında” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Tver vilayətində fəaliyyət göstərən hökumət və biznes təşkilatlarının, Azərbaycan diasporunun, eləcə də ticarət şəbəkələrinin, restoran və mehmanxanaların 70-dək nümayəndəsi üçün Azərbaycan istehsalı olan 20-dən çox məhsulun təqdimatı və dequstasiyası təşkil olunub. Bununla yanaşı, tədbirdə Azərbaycan şərablarının təqdimatı keçirilib, iştirakçılara ölkəmizdə şərabçılığın inkişafı barədə ətraflı məlumat verilib.
Əsas məqsədi ölkəmizin qeyri-neft ixracının artırılması olan layihə Azərbaycan məhsullarının Rusiyanın regionlarında tanıdılması və təşviqini, regionlarda fəaliyyət göstərən ticarət şəbəkələrinin Azərbaycan şirkətləri ilə əlaqələndirilməsini və ölkəmizdə istehsal olunan məhsulların Rusiyanın regionlarına çıxışının təmin edilməsi ilə Azərbaycandan Rusiyaya ixracın inkişafını hədəfləyir.
Qeyd edək ki, “Made in Azerbaijan” Rusiya regionlarında” layihəsi çərçivəsində ilk tədbir Nijni Novqorod şəhərində təşkil olunub.