Məktəb-studiyanın yekun konserti olub
Bakı, 2 iyul, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyasının 2023–2024-cü tədris ilinin yekun konserti keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, rəngarəng konsert proqramında müxtəlif ixtisaslar – fortepiano, violin, fleyta, vokal və zərb alətləri üzrə şagirdlərin çıxışları yer alıb.
Silsilə şəklində davam edən hesabat konsertlərində Məktəb-studiyanın demək olar ki, bütün şagirdləri çıxış ediblər. Bu ifalar müəllim və şagirdlərin 2023–2024-cü tədris ilinin uğurlu nəticəsi idi.