Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Bakı, 2 iyul, AZƏRTAC

Dünyada 3500-dən çox ilan növü məlumdur və onlardan yalnız 410 növü zəhərlidir. Azərbaycanda isə 28 növ ilan var və onlardan 6 növü zəhərlidir. Ölkəmizin aran zonasında ən geniş yayılan Levant gürzəsidir. Onun uzunluğu quyruğu ilə birlikdə 2-2,2 metrədək olur. Lakin ölkəmizdə uzunluğu 90-100 santimetr olan gürzələrə də rast gəlmək mümkündür. Digər 5 növ xırda ölçülü dağ gürzələrinə çox məhdud ərazilərdə, həm də nadir hallarda rast gəlinir.

İlanlar zəhərli olduğuna görə ondan qorxu hissi təbiidir. İlanlar haqqında az məlumatı olan və onunla davranmaq qaydalarını bilməyənlərdə qorxu hissi daha çox olur. Təəssüf ki, ilanlar haqqında təsəvvür və onlara qarşı münasibət əksər hallarda həqiqi biliklərə deyil, mifoloji təsəvvürlərə, rəvayət və şayiələrə əsaslanır. El arasında “İlanın ağına da lənət, qarasına da” deyərkən insanlar onun bəzilərinin zəhərli, bəzilərinin isə zəhərsiz olduğunu bildirmək istəmişlər. Əslində isə ilanların hər ikisindən – həm “ağından”, həm də “qarasından” qorunmaq lazımdır.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

İnstitutun aparıcı elmi işçisi sürünənlər sinfinə mənsub olan canlının həyat tərzi haqqında məlumat verərək deyib: “İlanlar gizli və yarımgizli həyat tərzi keçirirlər. Onlar ömürlərinin əksər hissəsini müxtəlif sığınacaqlarda gizlənirlər. Şikarını ovlamaq, istirahət etmək, düşmənindən qorunmaq, yumurta qoymaq, isti havada sərinlənmək, qış vaxtı qışlamaq üçün onlar müxtəlif tipli sığınacaqlardan istifadə edirlər. Gizlənmə yerini dəyişmək və ya günəş vannası qəbul etmək halları istisna olmaqla, ilanlar digər heyvanlar kimi heç vaxt açıq sahədə sərbəst gəzmir. İlanlar yediyi siçan, kərtənkələ, quş, xırda məməlilər, siçankimilər, quş, və qurbağa və s. arxasınca açıq şəkildə sürünmür. Onlar yemləri olan ərazini qoxu ilə axtarıb tapdıqdan sonra şikarını tutmaq üçün müxtəlif sığınacaqlara girərək pusqu qurur və təsadüfən yaxınlaşan şikarını sıçrayışla tutur.

Yem obyektləri olan heyvanların yaşadığı və kifayət qədər gizlənmə yerləri olan ərazilər ilanlar üçün cəlbedicidir. Belə əlverişli şəraiti olan sahələrə ilanların gəlməsi gözləniləndir. İlanlar isti vaxtlarda sərinləmək, soyuq vaxtlarda qışlamaq, çoxalma vaxtı yumurta qoymaq üçün əlverişli yerlər axtarır. Onlar belə yerləri axtarıb tapmağı çox yaxşı bacarırlar. Ona görə də ilanlardan qorunmağın ən etibarlı yolu yaxın ətrafda onlar üçün əlverişli, münbit şərait yaratmamaqdır.

Onların gizli həyat keçirdikləri yalnız gizləndiyi sığınacağı açanda, sökəndə və ya oraya daxil olanda üzə çıxır. Həmin qəfil rastlaşma zamanı onunla üzləşənlərə elə gələ bilər ki, guya ilan onları izləmək və sancmaq üçün gizlənib. Əslində insan ilan üçün heç bir maraq və əhəmiyyət kəsb etmir, əksinə, onlar daimi yaşayış və səs-küy olan yerlərdən uzaq olmağa çalışırlar. Bəlkə də ilanla düşmənçilik edən elə insanın özüdür.

-İlanlardan qorunmaq üçün hansı davranış qaydalarını tövsiyə edərdiniz?

-İlk növbədə, ilanlar olan ərazidə diqqətli və sayıq olmaq, azı 2 metr məsafədə ətrafı nəzarətdə saxlamaq, möhkəm parçadan olan şalvar, ayağa uzunboğaz çəkmə geyinilməsi məsləhətdir. Gəzərkən hər hansı əşya və ya ayaqla yeri döyəcləmək lazımdır, çünki qarşıda gizlənmiş ilan olarsa səs-küyə reaksiya verərək fısıldayacaq, özünü büruzə verərək qaçıb gizlənəcək. Əl və ayağı qapalı yerlərə, dəlmə-deşiklərə salmaq olmaz. Yerə düşmüş hansısa əşyanı qaldırarkən ehtiyatlı olmaq lazımdır, çünki ilan onun altında gizlənə bilər. Siçankimilər, kərtənkələ, quş və s. xırda heyvanlar yaşayan tikililərə, zirzəmilərə, dovşan, toyuq saxlanılan daxmalara, ev heyvanları üçün övlə və qazmalara daxil olarkən ehtiyatlı olmaq vacibdir. İlanlar yem axtarmaq, sərinləmək, yumurta qoymaq, düşməndən gizlənmək üçün belə yerlərə girirlər.

-Bəs ilanla rastlaşanda nə etmək lazımdır?

-Birinci növbədə, bir qədər kənarda sakit dayanmaq, özünü itirməmək lazımdır. Onu hirsləndirmək, tutmağa və ya öldürməyə çalışmamaq lazımdır. Onsuz da ilan kənar adam görən kimi qaçmağa və ya gizlənməyə, ona hücum edəndə özünü müdafiə etməyə və sancmağa çalışacaq. İlanın üstünü tamamilə örtmək üçün 1,5 metr məsafədən hər hansı bir parça material - pencək, köynək və s. atanda həmin parçanın altında gizlənərək özünü xilas olmuş hesab edir və bir müddət oradan çıxmır. Onu zərərsizləşdirmək üçün mütəxəssis və ya köməkçi çağırmaq lazımdır.

-İlanlardan qorunmaq üçün hansı profilaktik tədbirlər görülməlidir?

-Çalışmaq lazımdır ki, ərazidə müxtəlif növ tullantılar - ağac budaqları, kol-kos, ot qalaqları, daş, taxta, dəmir parçaları, lövhə və qırıntılar olmasın. Həmçinin ərazidə siçan-siçovul yuvaları ləğv edilməli, dam və zirzəmilərə ilanların daxil ola bilməməsi üçün dəlmə-deşiklər qapanmalı və ya dəmir torla bağlanılmalıdır. Ərazidən ilanların gizlənməsi üçün quyu, çatlar, qurğu və avadanlıqların altı və s. yerlərə müxtəlif ilanqovucu vasitələr - kükürd tozu, naftalin, yandırılmış ağac külləri, sarımsaq, neft, kəskin qoxulu toz və maye şəklində nə varsa onların hamısından səpmək, çiləmək mümkündür. Məsələn, kükürd tozu ilə naftalin həbləri, yaxud istiot yağı ilə darçın yağını qarışdırıb zolaq şəklində tökmək, habelə maz və digər qoxulu vasitələrdən istifadə etmək olar. Bəzi hallarda yanğına səbəb olmamaq şərtilə solyar yağı, kerosin və benzindən də istifadə edilməsi mümkündür. İlanlar bir çox iyə öyrəşə bildiyi üçün və həmin qoxular uzun müddət qalmadığı üçün həmin vasitələr növbələşdirilməli, azı 7-10 gündən bir təkrarlanmalıdır. Qapalı yerdə olan ilanları tələyə salmaq üçün xüsusi yapışqanlı tələlərdən istifadə edilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib