Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir
Qazax, 4 iyul, AZƏRTAC
Ağstafa Gənclər Mərkəzinə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri mərkəzdə yaradılan şəraitlə yaxından tanış olublar.
Mərkəzdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb.
Gənclər Mərkəzində musiqi, rəsm bölmələri, müxtəlif dərnək fəaliyyət göstərir.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsməliyevin sözlərinə görə, yenidənqurma işləri aparılan mərkəz yaxın vaxtlarda fəaliyyətini genişləndirəcək: “Mərkəz istifadəyə tam yararlıdır, inzibati bina təmir olunub. İdman həvəskarları istənilən vaxt gəlib atıcılıq mərkəzinin imkanlarından yararlana bilərlər”.