Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir
Xırdalan, 2 iyul, AZƏRTAC
Bu ildən etibarən Bakı Mühəndislik Universitetində (BMU) ilk dəfə olaraq təkrar ali təhsil almaq imkanı yaradılıb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün universitetə sənəd qəbulu ümumilikdə 36 ixtisas üzrə aparılır.
Təkrar ali təhsil almaqda BMU-ya üstünlük verənlər üçün geniş seçim imkanları mövcuddur. Qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir.
İxtisaslar və digər məlumatlarla link vasitəsilə tanış olmaq mümkündür:
Təkrar ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az elektron portalı vasitəsilə gerçəkləşdirilir. Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək olar.
Sənəd qəbulu avqustun 31-i saat 18:00-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]