REGİONLAR
Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir
![](/files/galleryphoto/2024/2/1200x630/1719930490361899557_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199304905853562938_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199304904725349116_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199304904913943074_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719930490155818345_1200x630.jpg)
Lənkəran, 2 iyul, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Tədbirin rəsmi hissəsində daxili işlər naziri Vilayət Eyvazovun şəxsi heyətə təbrik məktubu oxunub.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov polisləri təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, daxili işlər orqanlarının əməkdaşları cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsini həyata keçirməyə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyənləşdirilmiş digər vəzifələri layiqincə yerinə yetirməyə tam qadirdir.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov polisin keçdiyi şərəfli tarixi yoldan danışıb. Bildirilib ki, Azərbaycan polisi yarandığı ilk gündən dövlətin milli maraqlarının müdafiəsində böyük vətənpərvərlik göstərib, bu gün də ölkədə təhlükəsizliyi, asayişi layiqincə təmin edir.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin qərargah rəisi Ceyhun Minayev, Lənkəran Polis İşçiləri Veteranlar Şurasının sədri Bəxtiyar Məmmədov, Vətən müharibəsi iştirakçısı, polis əməkdaşı Əkbər Əkbərli çıxış ediblər. Sonra videoçarx nümayiş olunub.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və mükafatlar təqdim edilib.