CƏMİYYƏT
Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb
![Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb](/files/2024/2/1200x630/17199195644726553349_1200x630.jpg)
Bakı, 2 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri əsasında Bakıda və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin mərkəzlər "Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək" layihəsi çərçivəsində yaradılıb.
Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, eləcə də cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir.
Mərkəzlərin xidmətlərindən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin regional filiallarına, eləcə də sosial şəbəkə hesablarına müraciət edə bilərlər.