"PraysvoterhausKupers" şirkəti "Caspian Development Bank"da audit keçirib
Bakı, 18 may, AZƏRTAC
"PraysvoterhausKupers" beynəlxalq audit şirkəti (Pwc) Beynəlxalq Audit Standartları əsasında "Caspian Development Bank" (CDB) ASC-nin 2015-ci il üzrə maliyyə hesabatlarının auditini keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, audit zamanı CDB-də səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, bankın maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.
Təhlilə əsasən, 2015-ci il ərzində bankın aktivləri 129 060,73 min manat, kredit portfelinin həcmi isə 109 060,73 min manat təşkil edib. Depozit portfeli 2015-ci ilin yekunlarının nəticələrinə əsasən, 37 749,97 min manat olub. Ümumilikdə, ötən ili "CDB Bank" 8 426,26 min manat mənfəətlə başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]