Yalçın Rəfiyev: WUF13 Azərbaycanın şəhərsalma təcrübəsinin dünyaya təqdimatı üçün mühüm platformadır VİDEO
Bakı, 17 may, AZƏRTAC
Bu gündən artıq Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) işinə başlayıb. Bu, xüsusilə COP29-dan sonra Bakıda keçirilən olduqca tarixi, əlamətdar tədbirdir. Bu iki əlamətdar hadisə - iqlim prosesi və şəhərsalma arasında körpü qurulması sahəsində Azərbaycanın töhfəsi yüksək qiymətləndirilir.
WUF13-ə maraq və iştirak səviyyəsi kifayət qədər yüksəkdir. Bu tədbirdə ilk dəfədir ki, bu qədər geniş və fərqli seqmentləri əhatə edən böyük iştirakçı kütləsi müşahidə olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev söyləyib.
Nazir müavini qeyd edib ki, tədbir çərçivəsində əsas gözləntilərdən biri dövlətlərin müasir şəhərsalma trendləri və yanaşmaları üzrə təcrübə mübadiləsi aparmasıdır.
“Azərbaycan üçün xüsusilə vacib istiqamətlərdən biri azad edilmiş ərazilərdə həyata keçirilən məskunlaşma və şəhərsalma təcrübələrinin beynəlxalq ictimaiyyətlə paylaşılmasıdır. Burada iqlimədavamlı, dayanıqlı infrastrukturun qurulması və “ağıllı şəhər” yanaşmalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu tədbir Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq platformada təqdimatı baxımından mühüm imkan yaradır”, - deyə Y.Rəfiyev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [15:21]
WUF13: BMT-nin və Azərbaycan Respublikasının bayraqları qaldırılıb
- 17.05.2026 [15:20]
Fərhad Hacıyev: Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən qurur
- 17.05.2026 [15:16]