Qana nümayəndəsi: Şəhərlərin yaşıllaşdırılması daha sağlam və təhlükəsiz mühit formalaşdıra bilər
Bakı, 17 may, AZƏRTAC
Şəhərlərin yaşıllaşdırılması daha dayanıqlı, sağlam və təhlükəsiz mühitin formalaşmasına töhfə verə bilər.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən, Qananın “Dale’s Foundation” qeyri-hökumət təşkilatının nümayəndəsi Komfort Glikpo deyib.
O, qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində fəaliyyət göstərdiyini bildirib. "Təşkilatımızın əsas məqsədi qadınların şəhərətrafı və yoxsul yaşayış məntəqələrində daha dayanıqlı və güclü ola bilməsinə dəstək verməkdir", - deyə qonaq bildirib.
Müxbirlər - Tərgül Babayeva, Aytac Haqverdiyeva, Leyla Muradzadə
Fotoqraf - Aydın Məmmədov
Operator - Mir Rəsul Cəfərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [15:20]
Fərhad Hacıyev: Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən qurur
- 17.05.2026 [15:16]