“EFES-2026” təlimində gəminin ələ keçirilməsi əməliyyatı icra olunub
Ankara, 17 may, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi mayın 17-də “EFES-2026” çoxmillətli təlimi çərçivəsində düşmən gəmisinin ələ keçirilməsi əməliyyatının videomaterialını paylaşıb.
AZƏRTAC xəbər verir ki, təlim ssenarisi Türkiyə, Azərbaycan, Liviya və Macarıstandan olan şəxsi heyətdən ibarət dəniz xüsusi təyinatlı qüvvələrinin simulyasiya edilmiş düşmənə yardım aparan gəmiyə eniş etməsini əhatə edirdi.
Təlim düşmən gəmisinin aşkarlanması, dayandırılması, yoxlanılması və ələ keçirilməsi məşqlərini əhatə edirdi.
“EFES-2026” təliminin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və hərbi personalın praktik bacarıqlarını təkmilləşdirməkdir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [13:18]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 16.05.2026 [12:14]
Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib
- 13.05.2026 [18:17]
Azərbaycan və Özbəkistan HHQ-ləri arasında əməkdaşlıq inkişaf etdiriləcək
- 13.05.2026 [13:19]
“EFES - 2026” təlimində Azərbaycan və Türkiyə nümayəndələrinin görüşü olub
- 13.05.2026 [10:48]
Azərbaycanın müdafiə nazirinin Slovakiyaya səfəri davam edir
- 12.05.2026 [15:27]
“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO
- 11.05.2026 [22:47]