WUF13 iştirakçısı: Şəhərsalma siyasəti iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişafla paralel aparılmalıdır
Bakı, 17 may, AZƏRTAC
WUF13 şəhərlərin gələcəyinin formalaşdırılması və dayanıqlı urbanizasiya sahəsində qlobal dialoq üçün mühüm platformadır.
Bu fikri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Braziliyanın “Policy Institute” təşkilatının icraçı direktoru Rodriqo Qonsalves bildirib.
O qeyd edib ki, forum müxtəlif tərəfləri bir araya gətirərək şəhər inkişafı, iqlim böhranı və mənzil problemləri ilə bağlı ortaq həll yollarının müzakirəsinə imkan yaradır.
“Şəhərsalma siyasəti iqlim dəyişikliyi ilə mübarizə, insanların şəhər hüquqlarının qorunması və icmaəsaslı təşəbbüslərin dəstəklənməsi ilə paralel aparılmalıdır. Bu istiqamətdə Azərbaycan enerji və şəhərsalma sahəsində mühüm rol oynaya bilər. Xüsusilə şəhər mobilliyi və təmiz enerji istiqamətində atılacaq addımlar daha təhlükəsiz, ekoloji və yaşayış üçün əlverişli şəhərlərin formalaşmasına töhfə verə bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [16:24]
Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib
- 17.05.2026 [16:14]
WUF13-ün Media Mərkəzində qızğın iş gedir - FOTOLAR
- 17.05.2026 [15:54]