Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Vyana, 12 iyun, AZƏRTAC

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Polşanın ən qədim ali təhsil müəssisəsi olan Yagellon Universitetinin Kitabxanasında “Azərbaycanda polyak memarlığının inciləri” adlı sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan və Polşa xalqları arasında formalaşmış tarixi əlaqələrin, mədəni yaxınlığın və qarşılıqlı hörmətin əhəmiyyətini vurğulayıb. Azərbaycanın tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin və xalqların qovuşduğu məkan olduğunu vurğulayan səfir bildirib ki, ölkədə multikulturalizm və tolerantlıq ənənələri əsrlər boyu formalaşıb. Onun sözlərinə görə, müxtəlif dinlərin birgə mövcudluğu Azərbaycanın zəngin mədəni irsinin əsas sütunlarından biridir. Məhz bu mühit müxtəlif xalqların və icmaların ölkənin inkişafına töhfə verməsinə imkan yaradıb. O qeyd edib ki, Azərbaycanda yaşayan polyaklar müxtəlif sahələrdə, o cümlədən memarlıq, mühəndislik, hüquq, təhsil, dövlət idarəçiliyi və hərb sahələrində mühüm iz qoyublar. Xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakının sürətli inkişafında polyak memarlarının rolu xüsusi əhəmiyyət daşıyıb. Neft sənayesinin sürətli yüksəlişi nəticəsində Bakı qısa müddətdə dünyanın ən mühüm sənaye və ticarət mərkəzlərindən birinə çevrilib. Bu dövrdə şəhərin memarlıq simasının formalaşmasında polyak memarlar Y.Qoslavski, K.Skureviç, Y.Ploşko və Y.Skibinskinin mühüm xidmətləri olub. Onların layihələndirdiyi binalar bu gün də Bakının memarlıq irsinin ən dəyərli nümunələri sırasında yer alır.

Səfir qeyd edib ki, Polşa memarlıq məktəbinin təsiri təkcə Bakı ilə məhdudlaşmayıb. Belə ki, Y.Ploşko Şamaxıda Cümə məscidinin bərpasına rəhbərlik edib, İ.Kşıştaloviç isə Gəncə şəhərinin baş memarı kimi şəhərin inkişafına mühüm töhfələr verib. Həmçinin Qusar və Zaqatalada polyak hərbçiləri tərəfindən tikilmiş katolik kilsələri bu gün də qorunub saxlanılır və iki xalqın ortaq tarixinin canlı şahidləri hesab olunur.

Çıxış zamanı Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyətində polyakmənşəli şəxslərin iştirakına da xüsusi diqqət yetirilib. Səfir qeyd edib ki, onlar hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində məsul vəzifələr tutaraq gənc dövlətin möhkəmlənməsinə xidmət ediblər. Bu görkəmli şəxsiyyətlər arasında general M.Sulkeviç xüsusi yer tutur. Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş M.Sulkeviç ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Həmçinin polyak zabitlərin Azərbaycanın ilk müstəqillik dövründə göstərdikləri xidmətlər yüksək qiymətləndirilib.

Səfir, həmçinin qeyd edib ki, Azərbaycanəsilli zabitlər də Polşanın müstəqilliyi uğrunda mübarizədə fəal iştirak ediblər. Onların sırasında polkovnik Vəli bəy Yadigar, polkovnik İsrafil bəy İsrafilov, polkovnik Cahangir bəy Kazımbəyli, polkovnik-leytenant İsrafil bəy Yadigarov, Həmid bəy Məmmədzadə və Kazım bəy Səfəroğlu kimi şəxsiyyətlər yer alır. Sonda səfir N.Qurbanova Polşanın Azərbaycanın mədəni, akademik və iqtisadi inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib, iki xalq arasında əsrlər boyu davam edən dostluq münasibətlərinin və ölkələr arasında mövcud olan strateji tərəfdaşlığın gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Tədbirdə Yagellon Universitetinin prorektoru Yaroslav Qurniak çıxış edərək sərginin iki xalq arasında uzun illər ərzində formalaşmış münasibətlərin, qarşılıqlı hörmətin və ortaq tarixi irsin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, polyak memarların, mühəndislərin, alimlərin və ictimai xadimlərin Azərbaycanın inkişafına verdikləri töhfələr təkcə iki ölkənin ortaq tarixinin bir hissəsi deyil, həm də müxtəlif mədəniyyətlərin əməkdaşlığının uğurlu nümunəsidir. Y.Qurniak vurğulayıb ki, Yagellon Universiteti tarixən xalqlar arasında elmi və mədəni dialoqun inkişafına böyük önəm verib. Bu baxımdan sərginin universitetin kitabxanasında keçirilməsi xüsusi rəmzi məna daşıyır. O qeyd edib ki, belə təşəbbüslər tarixi yaddaşın qorunmasına, eləcə də yeni nəsillərin ortaq irs haqqında məlumatlandırılmasına xidmət edir.

Çıxışının sonunda Y.Qurniak Azərbaycan və Polşa arasında akademik əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib, iki ölkənin universitetləri və elmi mərkəzləri arasında yeni layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Ali təhsil müəssisəsinin Filologiya fakültəsinin dekanı Vladislav Vitaliş çıxışında Azərbaycanın Polşadakı səfirliyi ilə Yagellon Universiteti arasında formalaşmış səmərəli əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, son illərdə həyata keçirilən birgə layihələr, elmi tədbirlər, sərgilər və mədəni təşəbbüslər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. V.Vitaliş bildirib ki, Azərbaycan zəngin tarixi, dili, ədəbiyyatı və mədəni irsi ilə universitetin tələbələri və tədqiqatçıları üçün böyük maraq doğuran ölkələrdən biridir. Bu baxımdan əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı elmi mübadilələrin təşviqi və ortaq tədqiqat layihələrinin həyata keçirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Dekan vurğulayıb ki, Yagellon Universiteti Azərbaycanın ali təhsil müəssisələri və elmi qurumları ilə yeni tərəfdaşlıqlar qurmaqda maraqlıdır.

Tədbirin davamında Filologiya fakültəsinin professoru E.Şimenets-Qolaş Azərbaycan-Polşa əlaqələri, Azərbaycanda Polşa memarlarının fəaliyyəti və irsi barədə məruzə ilə çıxış edib. Məruzədə xüsusilə XIX–XX əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş Polşa memarlarının irsinə geniş yer verilib. Professor E.Şimenets-Qolaş onların Bakı və digər şəhərlərin şəhərsalma və memarlıq inkişafında mühüm rol oynadıqlarını bildirib. O vurğulayıb ki, bu memarların yaratdığı layihələr təkcə dövrünün mühüm memarlıq nümunələri deyil, həm də bu gün Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsidir.

Tədbirin sonunda iştirakçılara milli mətbəximizdən ləziz təamlar təqdim olunub. 30 iyun tarixinədək davam edəcək sərgi iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, XIV əsrə aid Yagellon Universiteti Polşanın ən qədim ali təhsil müəssisəsidir və dünyanın ən qədim universitetlərindən biri kimi tanınır. 1364-cü ildə təsis edilən bu ali məktəb əsrlər boyu Avropanın elmi və mədəni həyatında mühüm rol oynayıb. Məşhur astronom Nikolay Kopernik Yagellon Universitetində təhsil alıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vens: ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək

Ağdam sakini: Doğma torpaqda yaşamağın sevinci başqadır

Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun

Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram

Almaniyanın 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir

Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan çox nəqliyyat təyyarəsi İsraildəki bazalara uçub

“Bloomberg”: Çexiyalı milyarder “Delfin” holdinqini 30 milyard avroya almaq istəyir

İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib

Husilər Səudiyyə Ərəbistanındakı bir sıra obyektlərə zərbələr endiriblər

WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb

Fransada iğtişaşlar zamanı 1100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var