Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan TDT-nin institutlaşmasına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir- ŞƏRH

Azərbaycan TDT-nin institutlaşmasına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir-  ŞƏRH

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan–Qazaxıstan münasibətləri bu gün yüksək səviyyədə inkişaf edir və dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivləşməsi xalqlarımızı və ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır. Türk Dövlətləri Təşkilatında (TDT) qeyri-rəsmi sammitlərin keçirilməsi ənənəsi Azərbaycanın bu təşkilatın institutlaşmasına və beynəlxalq nüfuzunun artmasına verdiyi mühüm töhfənin göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, Türküstan şəhəri qədim tarixi-mədəni irsə malik mühüm mərkəzlərdən biridir. İlk dəfə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünün indi Türküstanda davam etdirilməsi dövlət başçılarının sammitləri paytaxtlardan kənar şəhərlərdə keçirmək ənənəsinin formalaşmasına da xidmət edir.

Azərbaycan beynəlxalq tədbirlər çərçivəsində TDT-nin rolunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkili bunun bariz nümunəsidir. Azərbaycan türk xalqlarının elmi, mədəni və tarixi irsinə böyük dəyər verir. İyun ayında Bakıda keçiriləcək Türk Dünyası Həftəsi çərçivəsində Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması da tarixi-mədəni irsimizə göstərilən yüksək ehtiramın ifadəsidir. Bu tədbir türk mənşəli xalqların mədəni həyatında mühüm və əlamətdar hadisə olacaq. Belə təşəbbüslər tarixi keçmişimizin öyrənilməsi, adət-ənənələrimizin və mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

“Türküstan şəhərində keçirilən TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün mövzusunun süni intellekt və rəqəmsal texnologiyaların inkişafına həsr olunması xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyalar sahəsini inkişaf etdirmədən qlobal proseslərlə ayaqlaşmaq və yüksək inkişaf göstəricilərinə nail olmaq mümkün deyil. Dövlətimizin başçısı Zirvə görüşündə etdiyi çıxışda Azərbaycanın bu sahədə qazandığı uğurları, gələcəyə baxışını və Orta Dəhlizin inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb. Ümumilikdə Azərbaycan süni intellekt və rəqəmsal texnologiyaların iqtisadiyyata tətbiqini prioritet istiqamət elan edib. Rəqəmsal İnkişaf Şurasının, Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması ölkəmizin rəqəmsal transformasiya prosesinin sürətlənməsinə mühüm töhfə verəcək. Bu gün Azərbaycan fiber-optik kabel şəbəkəsi vasitəsilə 100 faiz genişzolaqlı internetlə təmin olunmuş ölkələrdən biridir. Bununla yanaşı, süni intellektin müsbət tərəfləri ilə yanaşı, mümkün mənfi təsirlərindən qorunmaq məqsədilə də mühüm addımlar atılır. Hüquqi bazanın formalaşdırılması, kibertəhlükəsizlik sahəsində xüsusi qurumların yaradılması və qanunvericilik təşəbbüsləri bu istiqamətdə görülən işlərin əsas tərkib hissəsidir”, - deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə də uğurlu əməkdaşlıq qurub. Hazırda ölkəmizin ərazisindən yeni rəqəmsal dəhliz keçir. Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi Trans-Xəzər Fiber-Optik Kabel Layihəsinin həyata keçirilməsinə və Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunun formalaşmasına yeni imkanlar açacaq. Azərbaycan isə bu strateji dəhlizin mərkəzində yerləşəcək. Bundan əlavə, rəqəmsal dəhlizin Zəngəzur dəhlizi üzərindən keçməsi Orta Dəhlizin imkanlarını daha da genişləndirəcək. Elektronlaşmanın geniş tətbiqi Orta Dəhlizdə keçid sürətinin artmasına və gömrük prosedurlarının sadələşdirilməsinə yeni imkanlar yaradır.

O deyib: “Azərbaycan TDT-nin beynəlxalq təşkilat kimi güclənməsinə və üzv dövlətlər arasında inteqrasiyanın sürətlənməsinə mühüm töhfələr verməyə davam edir. Prezident İlham Əliyevin TDT ilə bağlı səsləndirdiyi fikirlər artıq Türk dünyasını birləşdirən mühüm çağırışa çevrilib: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub