ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN SƏDƏRƏK GÖRÜŞÜNÜ BƏYƏNİR
“ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan prezidentlərinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda keçirilmiş görüşünü bəyənir və hesab edir ki, münaqişənin həlli üçün prezidentlərin vaxtaşırı görüşləri zəruridir”. ATƏT-in Minsk qrupuna həmsədrlik edən Birləşmiş Ştatların Prezident Heydər Əliyev ilə Prezident Robert Koçaryan arasında avqustun 14-də keçirilmiş görüşə rəsmi münasibəti belə olmuşdur.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirmişdir ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr Azərbaycan və Ermənistan prezidentlərinin Sədərək görüşündə iştirak etməsələr də hadisələrin inkişafından xəbərdardırlar. O demişdir ki, ABŞ Minsk qrupuna həmsədrlik edən digər ölkələrlə birlikdə münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirəcəkdir.
Analitiklər bu görüşün “evdə” keçirilməsini müsbət hal kimi qiymətləndirirlər. Harvard Universitetinin Xəzər Araşdırmaları Proqramının tədqiqatçısı Brenda Şaffer 9 ay fasilədən sonra keçirilən bu görüşün çox əhəmiyyətli olduğunu bildirərək demişdir: “hər iki prezident uzun müddətdən bəri Minsk qrupunun işi ilə razı qalmadığını bildirirdilər. Son görüş həmsədrlər tərəfindən deyil, prezidentlərin şəxsi təşəbbüsündən yaranıb və bunun haradasa başqa bir yerdə deyil, məhz əhalisi daha çox sülh istəyən torpaqda keçirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Brenda Şaffer daha sonra demişdir ki, prezidentlərin mövqeyi bir-birindən uzaq deyildir. Üç dəfə sülhə yaxınlaşma müşahidə olunmuşdur, lakin hər dəfə bu, Yerevanda baş vermiş hadisələr üzündən - ya terror aktları, ya siyasi dəstəyin azlığı və ya iqtidarın dəyişməsi üzündən alınmamışdır.
Harvard Universitetinin tədqiqatçısı hər iki ölkədə 2003-cü ildə keçiriləcək prezident seçkilərini əsas gətirərək danışıqlarda müəyyən nailiyyətlər əldə olunacağına inandığını bildirmişdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]