Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-IN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Milli bayramı - İstiqlaliyyət günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyi iyulun 4-də rəsmi qəbul təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qəbulda iştirak etmişdir.

ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Ross Uilson və xanımı dövlətimizin başçısını səfirliyin həyətində səmimiyyətlə qarşıladılar.

ABŞ-ın və Azərbaycanın dövlət himnləri səsləndi .

Səfir Ross Uilson və Azərbaycan Prezidenti Heydər Əliyev rəsmi qəbulda nitq söylədilər.

ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRİ ROSS UİLSONUN NİTQİ

-Cənab Prezident, axşamınız xeyir!

Hörmətli xanımlar və cənablar!

Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət bəyannaməsinin qəbul edilməsinin 226-cı ildönümü müna sibətilə buraya gəlməklə bizə şərəf verdiyinizə görə Sizə təşəkkür edirəm. 1776-cı il iyulun 4-də 2-ci Kontinental Konqresin nümayəndələri yeni bir dövlətin yarandığını, eyni zamanda Britaniyadan müstəqilliklərini və kral III Corcun xoşagəlməz hökmranlığından azad olduqlarını bəyan etdilər. Onlar hakimiyyətin və onun azad insanlarla əlaqəsinin yeni fəlsəfəsini yaratdılar. Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sanırıq ki, bütün insanlar bərabər yaranmışdır və Yaradan onlara müəyyən toxunulmaz hüquqlar bəxş etmişdir. Bu hüquqları təmin etmək məqsədi ilə insanlar öz aralarında hökumətlər yaradırlar. Bu hökumətlər isə idarə olunanların razılığına əsasən, ədalətli hakimiyyətə güvənirlər. Ölkənin bu prinsiplərə sadiqliyini qəbul edərək, dövlətimizin əsasını quranlar bizi demokratiya, dözümlülük, bütün insanların hüquqlarına hörmət, eləcə də xalqımız üçün daha azad və firavan həyat yaratmağa can atmağımızı müəyyən etdilər. Biz çox sınaqlardan keçərək, elə bir cəmiyyət yaratdıq ki, orada hakimiyyət xalqa xidmət edir və başqalarını da buna ruhlandırırıq.

Cənab Prezident, keçən il Amerika ilə Azərbaycan arasındakı münasibətlərin inkişafında böyük irəliləyiş əldə olundu. Amerika xalqı qlobal sülhə təhlükə törədənlərə qarşı mübarizədə Azərbaycanın göstərdiyi əvəzsiz dəstəyə görə dərindən minnətdardır. Artıq müdafiə, hüquq mühafizə orqanları arasında, eləcə də iqtisadi canlanma və islahatların dəstəklənməsi sahəsində əməkdaşlığımızın yeni istiqamətləri açılmaqdadır. Biz sülhü, firavanlığı və demokratiyanı inkişafa doğru aparmalıyıq və aparacağıq. Çünki bunlar bizim strateji tərəfdaşlığımızın və Azərbaycanın dünyaya inteqrasiyasının əsaslarıdır.

Müstəqillik günü münasibətilə Prezident Buş 2002-ci ildəki müraciətində belə bəyan etmişdir: “Bizim millətin bütün tarixi ərzində amerikalılar hamı üçün azad şərait, ölkə və imkanlar yaratmaqda örnək olmuşlar. Biz öz millətimiz, eləcə də dünya üzərindən terrorun qaranlıq buludunu aradan qaldırdığımız bir vaxtda əcdadlarımızın bizə əmanət qoyub getdiyi azadlığı bir daha qorumaq üçün qətiyyətimizi təsdiq edirik”.

Cənab Prezident, amerikalılar və azərbaycanlılar terrorun, eyni zamanda münaqişənin, ehtiyacın və ədalətsizliyin qara buludlarını qaldırmalıdırlar və qaldıra bilərlər. Biz bunu ona görə etməliyik ki, həm özümüz üçün, həm də övladlarımız üçün daha azad, firavan və daha təhlükəsiz dünya quraq. Sağ olun.

X X X

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Amerika Birləşmiş Ştatlarının milli bayramı - İstiqlaliyyət bəyannaməsinin elan olunmasının 226-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm, sizə və bütün Amerika xalqına ən xoş arzularımı çatdırıram.

Dünyada çox böyük tarixə malik ölkələr var. Yüz illərlə, min illərlə yaşamış və yaşayan ölkələr var. Onlarla müqayisədə, Amerika Birləşmiş Ştatlarının yaşı o qədər də böyük deyildir. Ancaq Amerika Birləşmiş Ştatlarının xalqı dünyanın, xüsusilə Avropanın demokratik dəyərlərindən istifadə edərək, öz müstəqilliyini əldə edərkən çox dəyərli bir dövlət qurmuşdur. Elə bir dövlət ki, o, yaranandan indiyə qədər bir çox sahələrdə dünya xalqları üçün, dünya dövlətləri üçün nümunələr göstərir.

Tarixi nöqteyi-nəzərdən çox qısa bir zamanda Amerika Birləşmiş Ştatları bütün sahələrdə sürətlə inkişaf edibdir və dünyanın fövqəldövlətinə çevrilibdir. Bunun səbəblərini təhlil etməyə ehtiyac yoxdur. Bu, artıq hamıya məlumdur. Ancaq mən, sadəcə, onu demək istəyirəm ki, bütün səbəblərlə yanaşı, Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət bəyannaməsi elan edilərkən o, elə müdrikcəsinə yazılıb ki, onun əsasında ölkə bütün potensiallarını istifadə edib, sürətlə inkişaf edə bilibdir.

Amerika Birləşmiş Ştatlarının tarixi ərzində demokratiyanın inkişafı, insan azadlığının təmin olunması, hüquq normalarına riayət edilməsi, insanların bərabərliyi və digər prinsiplər həmişə gözlənildiyinə görə və təmin olunduğuna görə, ölkə həm özü sürətlə inkişaf edib, həm də dünyanın bir çox dövlətlərinin bu istiqamətdə inkişaf etməsinə böyük təsir göstərmişdir.

Dünyada heç kəs şübhə etmir ki, Amerika Birləşmiş Ştatları böyük iqtisadi potensiala malik olan, bütün sahələrdə inkişaf etmiş, daim demokratik dəyərlərlə yaşayan böyük bir ölkədir. Amerika Birləşmiş Ştatları getdiyi yolu dünyanın bir çox qitələrində, bölgələrində bir çox xalqlar üçün nümunə göstərərək və o xalqlara yardım edərək, onları da tərəqqi yolu ilə, demokratiya yolu ilə inkişaf etməyə yönəldir.

Azərbaycan öz dövlət müstəqilliyinə nail olarkən dərhal Amerika Birləşmiş Ştatlarını özünə dost ölkə hesab etmişdir və Birləşmiş Ştatlarla əlaqələr yaradıb ondan faydalanmağı lazım bilmişdir. Bizim xalqımızı bu yolla getməyə sövq edən o fikir deyil ki, sadəcə, Amerika Birləşmiş Ştatları kimi böyük bir ölkə ilə bizim iqtisadi əlaqələrimiz olsun. İlk növbədə o fikirdir ki, Amerika Birləşmiş Ştatlarının əldə etdiyi ümumbəşəri dəyərlərdən xalqımız faydalansın və ölkəmiz bir müstəqil dövlət kimi daim tərəqqi və demokratiya yolu ilə getsin.

Bizim bu dostluğumuz davam etmiş və ötən illərdə Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizin zəiflənməsinə, yaxud ona hansısa bir tərəfdən xələl gətirilməsinə hec vaxt yol verməmişik. Bu münasibətlərimiz Amerika Birləşmiş Ştatlarının müxtəlif şirkətləri ilə Azərbaycan arasında çox geniş və faydalı iqtisadi əlaqələrin yaranmasını təmin etmişdir.

Beş il bundan öncə, 1997-ci il iyul ayının sonu - avqust ayının əvvəlində mən Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən keçirdiyim görüşlərdə və nəhayət, Amerika Birləşmiş Ştatlarının Prezidenti və digər şəxsləri ilə imzaladığımız sənədlərdə bizim bu arzularımız, niyyətlərimiz və bu münasibətlərimiz öz əksini tapmışdır.

Mən cənab səfirin çıxışındakı bir müddəaya bir balaca dəqiqlik gətirmək istəyirəm. 11 sentyabr hadisələri bizimlə Amerika Birləşmiş Ştatlarını yaxınlaşdırmayıb, yəni buna ehtiyac olmayıbdır. 11 sentyabr hadisələri sadəcə, Azərbaycan xalqının, Azərbaycan dövlətinin Amerika Birləşmiş Ştatları ilə əvvəlki illərdə yaranmış dostluq, əməkdaşlıq əlaqələrinə sadiqliyini nümayiş etdirdi.

Bəli, 11 sentyabr hadisələri bütün dünyanı lərzəyə gətirdi, hamını həyəcanlandırdı. Çünki indiyə qədər dünyada bu qədər dəhşətli terror hadisəsi görünməmişdi. Amerika Birləşmiş Ştatları beynalxalq terrorizmlə mübarizəyə qalxmağa məcbur oldu və qalxdı. Bu zaman Azərbaycan dərhal bəyan etdi ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Amerika Birləşmiş Ştatları ilə bir alyansdadır, bir koalisiyadadır və bunun üçün üzərinə düşən bütün tədbirləri görməyə hazırdır.

Məlumdur ki, Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı mübarizəsi və həyata keçirdiyi çox ciddi, cəsarətli əməliyyatlar təkcə Amerika xalqına qəsd etmiş terroristlərdən, terrorist qruplardan qisas almaq məqsədi daşımırdı. O, terrorizmin bütün bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu dünyaya bəyan etdi. Bu təhlükəni təkcə Amerika xalqı üçün yox, bütün yer üzündə aradan götürmək üçün əməliyyatlara başladı. Biz bu mübarizəni ədalətli hesab edirik. Bir də qeyd edirəm, Amerika Birləşmiş Ştatları bu mübarizəni bəşəriyyətin, dünyanın bəzi regionlarında yayılmış terrorizmin, narkotiklərin və bu kimi başqa şeylərin aradan götürülməsi və xalqların, millətlərin hamısının bu bəlalardan azad olunması üçün aparır.

Biz bunu tam ədalətli hesab edərək, ilk gündən Amerika Birləşmiş Ştatları ilə koalisiyadayıq və üzərimizə düşən vəzifələri yerinə yetirmişik və bundan sonra da yerinə yetirəcəyik. Beynəlxalq terrorizm çox təhlükəlidir. Ancaq eyni zamanda, Amerika Birləşmiş Ştatları öz müttəfiqləri ilə birlikdə dünyaya nümayiş etdirdi ki, Birləşmiş Ştatların hər bir belə təhlükənin qarşısını almağa qüdrəti var və ona qadirdir. Mən şübhə etmirəm ki, bu sahədəki tədbirlər insanları bu ağır faciələrdən xilas edəcək və dünyada demokratiya, ədalət yolu ilə gedən ölkələrin sayı getdikcə artacaq və dünyada daha heç bir müharibəyə yol verilməyəcək, insanlar rahat həyat sürəcəklər.

Bilirsiniz ki, Azərbaycan xalqı hələ 1988-ci ildə Ermənistan tərəfindən təcavüzə məruz qalıbdır. Münaqişə başlayıb, müharibə gedib, qanlar tökülüb, şəhidlər vermişik və müxtəlif səbəblərdən Azərbaycan torpaqlarının 20 faizi işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı erməni qəsbkarları tərəfindən zorla öz yerindən-yurdundan çıxarılıb, didərgin düşübdür. Bu hadisəyə də ədalətli qiymət verilməlidir. Qiymət də ondan ibarət olmalıdır ki, təcavüzkar separatizm və onun nəticəsində Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı edilən hərbi təcavüz, terrorizm, ümumiyyətlə, insan cəmiyyətinə zidd olan bütün tədbirlərin həyata keçirilməsi bu vəziyyəti yaradıbdır. Azərbaycan indi belə vəziyyətdə bundan çıxış yollarını axtarır.

Biz Amerika Birləşmiş Ştatlarına bu məsələnin ədalətli həll olunması ilə əlaqədar həmişə ümid bəsləmişik, bu gün də bəsləyirik. Hesab edirəm ki, dünyanın fövqəldövləti olan, dünyanın bir çox regionlarında münaqişələrin qarşısını alan Amerika Birləşmiş Ştatları bizim regionda da, Cənubi Qafqazda da münaqişələrin, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasında da öz cəsarətli rolunu göstərəcəkdir.

Hörmətli xanımlar və cənablar!

Bu gün bayram günüdür. Ancaq təəssüflər olsun ki, biz bayram günü dünya xalqlarının, o cümlədən bizim xalqın yaraları haqqında daha çox danışırıq. Bu da bizdən asılı deyil, müasir dünyada yaranmış vəziyyətlə əlaqədardır. Ancaq dünya təkcə münaqişələrlə yaşamır. Dünya inkişaf edir, ölkələr, xalqlar demokratiya yolu ilə getməyə çalışırlar. Azərbaycanda bizim bu qədər böyük dərdimiz, yaramız olmasına baxmayaraq, böyük nailiyyətlərimiz də var. Onlar xalqımızı sevindirir, bu gün xalqımızın rahat yaşamasını təmin edir. Tam əminəm ki, Azərbaycan xalqı bu problemləri də həll edə biləcək, onun böyük iqtisadi potensialı və yaratdığımız hüquqi-demokratik dövlətimiz inkişaf edəcək, Amerika Birləşmiş Ştatlarının və Avropa ölkələrinin dəyərlərindən istifadə edərək, biz xalqımızı daha da yüksək səviyyəyə qaldıracağıq.

Bu gün bayram günü bir daha bəyan edirəm ki, Amerika Birləşmiş Ştatları bizim üçün dost ölkədir, bizim münasibətlərimiz strateji əməkdaşlıq xarakteri daşıyır və Azərbaycan müasir tələblərdən irəli gələn bütün vəzifələri həyata keçirəcəkdir.

Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm, dost Amerika xalqına sülh, əmin-amanlıq, firavanlıq arzulayıram. Sizin hər birinizə cansağlığı və səadət arzu edirəm. Sağ olun.

\Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı\.

X X X

Rəsmi hissədən sonra respublikamızın rəhbəri bayram münasibətilə xüsusi olaraq hazırlanmış tortu kəsdi.

Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin onuncu ildönümünə həsr edilmiş “Amerika məktəblilərin gözü ilə” foto müsabiqəsinin qalibləri ilə görüşdü, onlara yaradıcılıq uğurları arzuladı. Rəsmi qəbulda iştirak edən xarici diplomatlar, iş adamları və başqa qonaqlar dövlətimizin başçısına yaxınlaşaraq səmimi görüşdülər, səmimi söhbət etdilər.

ABŞ-ın ölkəmizdəki səfirliyinin hərbi atteşeliyinin əməkdaşları Prezident Heydər Əliyev ilə xatirə şəkli çəkdirdilər.

Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin müavinləri, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Milli Məclisin deputatları, nazirlər, xarici ölkələrin səfirləri və digər rəsmi şəxslər qəbulda iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib