SİYASƏT
ABŞ ÖZBƏKİSTANIN GÖMRÜK VƏ SƏRHƏD XİDMƏTLƏRİNƏ 1,8 MİLYON DOLLAR DƏYƏRİNDƏ RABİTƏ VASİTƏLƏRİ VERMİŞDİR
Özbəkistan Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri general- leytenant Qafurjon Tişayev bildirmişdir ki, bu günlərdə ABŞ ölkəyə təmənnasız olaraq 1,8 milyon dollar dəyərində rabitə vasitələri - təxminən 4 min radiostansiya, 700-dən çox antena, habelə müşahidə və aşkaretmə cihazları vermişdir. Tişayevin sözlərinə görə, ABŞ bu aksiyanı Dövlət Departamentinin “İxracata nəzarət və sərhədlərin təhlükəsizliyi” proqramı çərçivəsində həyata keçirmişdir. Həmin proqram Özbəkistanda həyata keçirilməyə başlandığı vaxtdan - 2000-ci ilin aprelindən bəri ABŞ respublikaya pulsuz olaraq 5,3 milyon dollar dəyərində avadanlıq göndərmişdir.
Bundan başqa, yaxın iki ay ərzində Daşkənd ümumi dəyəri bir milyon dollardan çox olan yük maşınları və 300 min dollar dəyərində gecəgörmə cihazları da alacaqdır.