SİYASƏT
Açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair milli fəaliyyət planlarının ictimai müzakirəsi keçirilir
Bakı, 26 sentyabr (AZƏRTAC). Sentyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində “Açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair milli fəaliyyət planlarının, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair” ictimai müzakirələr keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev bu sahədə qeyri-hökumət təşkilatlarının əməkdaşlığının vacibliyindən danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN Xidmət” mərkəzləri barədə məlumat vermişdir.