ELM VƏ TƏHSİL
ADNSU-nun rektoru İstanbulda “IV Avrasiya Ali Təhsil Zirvə Görüşü”ndə iştirak edir
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İstanbulda Avrasiya Universitetləri Birliyinin “IV Avrasiya Ali Təhsil Zirvə Görüşü”ndə iştirak edir.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, 70-dən çox ölkədən universitet rəhbərləri və ekspertlərin qatıldığı tədbirdə 4-cü sənaye inqilabı dövründə tədris, universitet-biznes əməkdaşlığı, beynəlmiləlləşdirilmənin strategiyası və universitetlərin akkreditasiyasına həsr olunan panellər və seminarlar təşkil edilib.
Tədbir çərçivəsində professor Mustafa Babanlı müxtəlif ölkələrdən gəlmiş nümayəndələrlə görüşlər keçirib, ADNSU haqqında məlumat verib.
Zirvə toplantısı martın 1-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [19:43]
Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb
- 17.05.2024 [19:05]
Bakıda “AzMİ Akademiya” yaradılır
- 17.05.2024 [18:37]
Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib
- 17.05.2024 [18:30]
Fizika və astronomiyanın problemləri - elmi konfrans
- 17.05.2024 [18:17]
Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir
- 17.05.2024 [17:49]
Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir
- 17.05.2024 [17:40]