REGİONLAR
Ağdamda məcburi köçkünlərin reinteqrasiyası ilə bağlı görüş keçirilib
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən BAMF-ın sədri Umud Mirzəyev layihə ilə bağlı məlumat verib. Bildirilib ki, ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə Yerli Vətəndaş Cəmiyyəti Təşkilatları və İcma Əsaslı Təşkilatların gücləndirilməsi” layihəsi çərçivəsində Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonlarından olan qaçqın və məcburi köçkünlər, həyat yoldaşları miqrant olan qadınlar və əhalinin aztəminatlı təbəqəsi üçün təlimlər keçirilir.
“Gələcək və İnkişaf” İctimai Birliyinin sədr müavini Ramil Cavadov bildirib ki, layihə çərçivəsində Ağdam rayonu ərazisində sorğular keçirilib, məcburi köçkünlər üçün pulsuz müxtəlif peşə kursları və təlimlər təşkil edilib.
Tədbirdə layihə ilə bağlı videoçarx göstərilib, müzakirələr aparılıb.