AĞDAMIN PAŞABƏYLİ KƏNDİNDƏ YENİ POÇT BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Ağdam, 15 may (AZƏRTAC). Ağdam rayonunun Paşabəyli kəndində yeni poçt binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon poçtamtının rəisi Elbrus Hüseynov bildirmişdir ki, son 3 ildə rayonun Quzanlı qəsəbəsində, Əhmədağalı, Çəmənli, Üçoğlan, Mahrızlı, Qaradağlı, Sarıcalı və Xındırıstan kəndlərində poçt şöbələri və filialları üçün yeni binalar istifadəyə verilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Vahid Şərifov və rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev yeni poçt şöbəsinin açılması münasibətilə kənd əhalisini təbrik etmiş, respublikanın, o cümlədən Ağdamın sosial-iqtisadi inkişafından, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [13:33]
WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası işə başlayıb
- 17.05.2026 [13:23]