Ağsunun ən iri yaşayış məntəqələrindən olan Qaraqaşlı kəndində “exit-poll” keçirilir VİDEO
Ağsu, 11 aprel, AZƏRTAC
“Exit-poll” keçirdiyimiz 28 saylı məntəqədə səsvermənin gedişində hər hansı qanun pozuntusu ilə qarşılaşmamışıq. Əksinə, yazılı sorğularımızı cavablandıran seçicilərin hamısı səslərini heç bir müdaxilə olmadan azad, sərbəst olaraq ifadə etdiklərini, istədikləri namizədə səs verdiklərini bildiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində - Ağsunun Qaraqaşlı kəndindəki 28 saylı məntəqədə “exit-poll” keçirən ELS Müstəqil Araşdırmalar Mərkəzinin nümayəndəsi Elvin Məmmədov söyləyib.
E.Məmmədov, eləcə də məntəqədə “exit-poll” keçirən “Rəy” Monitorinq Mərkəzinin nümayəndəsi Niyazi Kərimov səsvermə prosesində heç bir qanun pozuntusunu müşahidə etmədiklərini bildiriblər.
Qeyd edək ki, Qaraqaşlı kəndi rayonun ən iri yaşayış məntəqələrdəndir. Burada səsvermə hüququ olan 1093 nəfər seçici var.