CƏMİYYƏT
AHKA sədri: 100-dən çox şəhid övladına breket müalicəsi və digər stomatoloji prosedurlar həyata keçirilib
Bakı, 19 dekabr, AZƏRTAC
Regionlarımızda təşkil etdiyimiz aksiyalar zamanı və sosial şəbəkə hesablarından olunan müraciətlər əsasında şəhid ailə üzvlərinin və
qazilərin stomatoloji yardımlara ehtiyac duyduğunu hiss etdik və dərhal yeni bir layihəyə start verdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 19-da Azərbaycan Tibb Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Könüllülük hərəkatının səhiyyə sektorunda rolu: mövcud reallıq və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) rəhbəri, ATU-nun Ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oqtay Mehdiyev söyləyib.
“Bizə müraciət edən 2 mindən çox həssas təbəqə üzvünə 350-dən çox dental implant, 100-dən çox şəhid övladına isə breket müalicəsi və digər stomatoloji prosedurlar həyata keçirilib”, - deyə AHKA-nın rəhbəri diqqətə çatdırıb.