Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AİHM-nin qərarı: “Artsax” adlı heç bir qurum yoxdur və ya Kostanyan sussa yaxşıdır

AİHM-nin qərarı: “Artsax” adlı heç bir qurum yoxdur və ya Kostanyan sussa yaxşıdır

Berlin, 13 dekabr, AZƏRTAC

Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Ermənistanın nümayəndəsi, Ermənistan parlamentinin deputatı Gevorq Kostanyan Məhkəmənin “Çıraqov və başqaları Ermənistana qarşı” və “Sarkisyan Azərbaycana qarşı” iddiaları üzrə çıxardığı qərarları Ermənistan İctimai Televiziyasının efirində şərh edərək elə bir bəyanat səsləndirib ki, bunu erməni məntiqindən başqa heç bir məntiqlə izah etmək olmaz. Məsələn, o deyib ki, hər iki iddiada tərəflər “hökmən Artsax Respublikası ilə üzləşəcəklər” (bax: https://www.panorama.am/ru/news/2017/12/12/Геворк-Костанян-Арцах-ЕСПЧ-Чирагов-Саркисян/1877886).

Q.Kostanyan beynəlxalq hüququ və “yurisdiksiya” terminini necə “anlaması” ilə hamını heyrətləndirərək deyib: “Bizim halda (“Çıraqov və başqaları Ermənistana qarşı” işində - V.S) söhbət təkcə Azərbaycan qaçqınlarından və Ermənistan hökumətindən getmir. Biz hökmən (!) üçüncü subyektlə - “Artsax Respublikası” ilə (burada və sonrakı mətndə dırnaq işarələri bizimdir - V.S.) ilə üzləşəcəyik. Bu iki iş arasında ən mühüm fərq məhz bundan ibarətdir və bu, Avropa Şurası Nazirlər Komitəsində (AŞNK) də qeyd olunub. Hətta bu respublika beynəlxalq hüquq baxımından tanınmamış olsa da, o, öz dövlətçiliyi ərazisində, öz yurisdiksiyası ərazisində hüquqların bərpa olunması məsələlərinə cəlb edilməyə bilməz”.

Təbii ki, Kostanyanın dedikləri daxili auditoriyanı sakitləşdirmək üçün nəzərdə tutulan növbəti sərsəmlikdir. Əgər təbiətdə “Artsax Respublikasının dövlət ərazisi” və ya bundan daha absurd olan həmin qurumun “yurisdiksiya ərazisi” kimi anlayışlar mövcud olsaydı, onda AİHM iddiaçının ərizəsini lap əvvəldən qəbul etməz və ondan xahiş edərdi ki, öz şikayətini təzədən köçürüb Laçın rayonunun ərazisi üzərində real yurisdiksiyanı həyata keçirən subyekt göstərilsin. Lakin Məhkəmə iddianı qəbul edib və məhz çıxarmalı olduğu qərarı çıxarıb və bu qərar iki faktı: “Artsax Respublikasının yurisdiksiya ərazisi” deyilən anlayışın olmaması faktını və eyni zamanda, həmin əraziyə məhz Ermənistan Respublikası tərəfindən səmərəli nəzarət edilməsi faktını tam əks etdirir.

Bununla hər şey deyilib. Məhkəmə təkcə iddianı qəbul etməklə və sonradan qərar çıxarmaqla “Artsax” sözünü və onun mövcud olmayan yurisdiksiyası anlayışına əsla əhəmiyyət verməyib və subyektlər qismində yalnız iddiaçını və yeganə cavabdeh olan Ermənistan Respublikasını saxlayıb.

Kostanyan qaranlıq otağa heç vaxt ayağı dəyməyən qara pişiyi orada tutmaq üçün nə qədər çalışsa da, Məhkəmənin qərarında heç bir Artsax yoxdur, olmayıb və olmayacaq.

Ermənistanın cavabdeh tərəf kimi kompensasiyanı hansı şəkildə - birbaşa öz xəzinəsindən, yoxsa özünün bic doğulmuş və heç kəs tərəfindən tanınmamış oyuncaq qurumunu bu prosesə cəlb etməklə ödəyəcəyinə gəldikdə, bu, ermənilərin daxili araşdırma məsələsidir və heç kəs üçün, xüsusən bizim üçün maraqlı deyil. Bizim üçün əhəmiyyətli fakt odur ki, Çıraqov və başqaları kompensasiyanı qulyandan, saakyandan, babayandan və ya mirzəyandan deyil, AİHM tərəfindən de-yure Azərbaycan Respublikasının yurisdiksiyasında olan, lakin de-fakto onun effektiv nəzarətindən kənarda olan ərazi üzərində effektiv (yəni, de-fakto) nəzarəti həyata keçirən beynəlxalq hüququn yeganə subyekti kimi tanınmış rəsmi Yerevandan almalı olacaqlar. Bu sxemdə “artsax” ləqəbli “qara pişiyi” yalnız erməni görə bilərdi. Əslində isə o, burada yoxdur və olmayıb.

Gevorq, Məhkəməyə məlum olmayan “artsax” sözündən yox, bu cür hüquqi anlayışlardan istifadə etmək lazımdır. Avropa Şurasının Nazirlər Kabinetinin iclasında statusu Avropa Şurasının özünə də məlum olmayan birisinin çıxış etməsinə və həmin “birisinin” qarşısında hansı lövhə qoyulmasına, bu çıxışın işğal olunmuş Dağlıq Qarabağda oyuncaq xuntanın legitimləşdirilməsi xeyrinə 1933-cü il Montevideo Konvensiyasını irəli çəkməsinə gəldikdə isə, ermənilərin bütün bu hoqqaları beynəlxalq yurisdiksiya üçün deyil, yalnız rusdilli vikipediya və ya levonun voskanapatı üçün yarayar. Biz belə hoqqaları 1994-cü ildə ATƏT-in Budapeşt sammitində qəbul edilmiş bəyannaməni Yerevan Qarabağdakı marionetlərinin “münaqişə tərəfi” qismində tanınması kimi şərh etməyə cəhd göstərdikləri vaxtda da, Azərbaycanın müstəqillik haqqında bəyannaməsinin voskanapat.info saytının təsisçisi, bədnam Levon Melik-Şahnazaryan Azərbaycanın guya 1918-1920-ci illərdə Birinci Respublikanın tərkibinə “daxil olmayan” Dağlıq Qarabağdan “əl çəkməsi” kimi yozanda müşahidə etmişik. Ermənistanın təbliğat-təşviqat maşını əvvəlcə sərsəm bir batut yaradır, sonra isə həmin batutun üzərində tullanmağa başlayır.

Bu dəfə də belə oldu. Strasburqda kimsə çıxış edib, vəssalam - “artsax legitimləşdirilib”. Buyurun, bu da Montevideo “JEK”inin arayışı.

Ey qonşular, Ermənistan təbliğat-təşviqat batutu sayəsində uydurduğunuz bu psevdopolitoloji hoqqabazlıqlar sizin özünüzdən başqa heç kəs üçün maraqlı deyil və beynəlxalq münasibətlərdə onların heç bir təsiri yoxdur. Gördüyümüz kimi, AİHM sizə növbəti dəfə hər şeyi izah edib, başa salıb ki, emil babayanların Strasburqdakı çıxışları Məhkəmənin qərarına heç bir təsir göstərməyib. Yekun belədir: heç bir “artsax” yoxdur - istər öz yurisdiksiyası ilə bərabər, istərsə də onsuz. Məhkəmənin verdiktinə görə de-yure Azərbaycanın yurisdiksiyasında olan ərazi üzərində effektiv (yəni, de-fakto) nəzarəti həyata keçirən Ermənistan var. Kostanyan, siz öz yöndəmsiz tezislərinizlə öz vətəndaşlarınızın başını ağrıtmayın.

Nəhayət sonuncu. Kostanyan öz şərhində deyib ki, Ermənistan verdiktin icrasından imtina etmir, o, yalnız “barışıq rejiminin tez-tez pozulması” kimi obyektiv çətinliklərə görə həmin verdiktin icra edilməsinin mümkün olmadığını göstərir. O, özü də başa düşmədən özünün əvvəlki tezisini heçə endirərək açıq-aşkar etiraf edib ki, Ermənistan bu verdikti icra etməyə şad olardı, amma barışıq rejiminin pozulması bunu etməkdə ona mane olur. Belə çıxır ki, Kostanyan Məhkəmənin cavabdeh qismində hansısa “artsaxı” deyil, məhz Ermənistanı təyin etməsinin düzgün olmasını etiraf edir. Axı, o belə deməyib: “bu sözlər bizə yox, qarabağlılara aiddir”. O, səmimi etiraf edib ki, məsələ belədir, bu “obyektiv” maneələr olmasa, Ermənistan verdikti yerinə yetirəcək, lakin təqsir Azərbaycandadır ki, o, hərdənbir atəş açır. Bu bir. Lakin daha maraqlı olan ikinci məsələ var: Kostanyan “hər gün atəş açılan, hərbi qulluqçuların və dinc sakinlərin həlak olduğu ölkənin ərazisində verdikti icra etmək məntiqə uyğun deyil” deməklə Azərbaycanın Laçın üzərində rəsmi yurisdiksiyasını açıq etiraf etmiş olur. Axı, əgər Ermənistan iddiaçıların Laçında pozulmuş hüquqlarının bərpa edilməsi barədə Məhkəmənin verdiktini icra etməyə şad olarsa, lakin Azərbaycan ərazisində “hər gün atəş açıldığına, hərbi qulluqçular və dinc sakinlər həlak olduğuna görə” bu verdikti icra edə bilmirsə, bu, Kostanyanın ehtiyatsızlıq edərək “quş buraxması” deyilmi, bu “quşa” görə Ermənistanda onun başını tumarlamayacaqlar.

Aydındır ki, AİHM-nin qərarından sonra Ermənistan damage control üçün arqumentlər axtarır, lakin yəqin ki, bu məsələdə Kostanyana ümid etməyə dəyməz, çünki o, öz şərhi ilə Yerevanı daha da biabır edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib  YENİLƏNİB

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib  YENİLƏNİB

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb

“Philips” şirkətinin istehsal etdiyi texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub

Ermənistan hərbçisi naməlum səbəbdən aldığı güllə yarasından ölüb

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Sumqayıtın Dənizkənarı bulvarında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Nazir Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Üçüncü İpək Yolu Beynəlxalq Gənclər Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır

Metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin tənzimlənməsi barədə
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

ADPU-da “SABAH” qruplarında tədrisin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir

Azərbaycanın mötəbər tədbirlərdə iştirakı prioritetlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir ŞƏRH

A.Mirzoyan: Ermənistan Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının tam açılmasında maraqlıdır

“Pensiya kalkulyatoru” e-xidmətinə 3,3 milyondan çox müraciət olub

İlya Darçiaşvili: Gürcüstan Cənubi Qafqazda sülh şəraitində birgəyaşayışı qətiyyətlə dəstəkləyir

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir