ELM VƏ TƏHSİL
Akademik Şahin Mustafayev Macarıstan Milli Məclisinin vitse-prezidenti Şandor Lezsak ilə görüşüb
![](/files/galleryphoto/2023/2/1200x630/16866462672223565145_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866462676444547933_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/168664626796454008_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Macarıstan Milli Məclisinin vitse-prezidenti Şandor Lezsak ilə görüşüb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüş Macarıstanın Lakitelek kəndində macar və türk xalqlarının tarixi və mədəniyyətini tanıtmaq məqsədi daşıyan və macar-Turan xalqlarının mədəni nailiyyətlərinin nümayiş olunduğu “Hunqarikum Liget” etnoparkında keçirilib. Tərəflər ikitərəfli elmi əməkdaşlığı daha da inkişaf etdirmək və gələcəkdə birgə layihələr həyata keçirmək barədə razılığa gəliblər.
Görüşdə akademik Şahin Mustafayev qurumun Macarıstan üçün həyata keçirdiyi layihələri təqdim edib və gələcək işlər haqqında məlumat verib. O, məşhur macar şairi Şandor Petofinin Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilində nəşr olunmuş “Sevgi və azadlıq” şeir kitabını vitse-prezident Şandor Lezsaka hədiyyə edib.
Şandor Lezsak isə Beynəlxalq Türk Akademiyasının qardaş ölkələrin ortaq dəyərlərinin öyrənilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirib.